Gündəm

Leyla Əliyeva və Arzu Əliyeva Dendrologiya İnstitutunda olublar

9 Aprel 2018 11:10

Heydər Əliyev Fondunun vitse-prezidenti, Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq İctimai Birliyinin (IDEA) təsisçisi və sədri Leyla Əliyeva və Arzu Əliyeva Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dendrologiya İnstitutunda olublar.  Bu barədə AMEA-dan məlumat verilib. 

Aygünün Röyanı özündən çıxaran paylaşımını Elnarə müdafiə etdi

9 Aprel 2018 11:09

Xalq artisti Aygün Kazımovanın İnstaqram səhifəsində küsülü olduğu əməkdar artist Röya Ayxanın da yer aldığı video paylaşması qalmaqala səbəb olmuşdu. Məlumata görə, videoda yer alanlardan olan müğənni Elnarə Xəlilova Kazımovaya dəstək olub.

Hülya Avşarın ərindən ŞOK AÇIQLAMA: “Biz boşandıqdan sonra dostlarım arvadıma...”

9 Aprel 2018 11:07

İş adamı, idman şərhçisi Kaya Çilingiroğlu bildirib ki, Hülya Avşarla boşandıqdan sonra dostları keçmiş həyat yoldaşına eşq elan edib.  K.Çilingiroğlu “Posta” qəzetinə verdiyi müsahibəsində inanılmaz açıqlamalar edib: “Çoxları nə işlə məşğul olduğumu soruşur. Daşınmaz əmlakın alqı-satqısı ilə məşğul oluram. Bir də TRT-də aparıcılıq edirəm.

Səyyar ASAN xidmət davam edir

9 Aprel 2018 10:35

Səyyar ASAN xidmət 26 aprel Qusar, Astara, Balakən, Yevlax, Şəmkir şəhərlərində, 16 aprel Hacıqabul şəhəri və Abşeron rayonunun Mehdiabad qəsəbəsində, 11 aprel Horadiz və Şabran şəhərlərində, 10 – 19 aprel Sabunçu rayonunun Pirşağı qəsəbəsində vətəndaşlara səyyar formada xidmət göstərəcək. Səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.

Firuzə İbadova imicini dəyişdi - VİDEO

9 Aprel 2018 10:03

Əməkdar artist Firuzə İbadova görünüşündə dəyişiklik edib. Müğənninin yeni imici üzərində stilist Pərviz Mirzəyev işləyib.

Tünzalədən yeni mahnı: "Bakı-Milan" - VİDEO

9 Aprel 2018 09:52

Əməkdar artist Tünzalə Ağayeva yeni mahnısını təqdim edib. “Bakı Milan” adlanan mahnı “Youtube” kanalında yerləşdirilib.

Emin Ağalarovun Anası ilə MÖHTƏŞƏM ƏYLƏNCƏSİ: Çox GÜLDÜRDULƏR-VİDEO

9 Aprel 2018 09:49

Müğənni Emin Ağalarov anası İrina Ağalarova ilə maraqlı anlar yaşayıb. İfaçı sosial şəbəkələrdən birində anası ilə ola zarafatyana dialoqunu paylaşıb. “Dovşan” təsviri ilə çəkilən videoda maraqlı görüntülər ortaya çıxıb.

Türkiyədə hərbi maşın partladı: 9 yaralı

9 Aprel 2018 09:31

Türkiyənin Ağrı vilayətində hərbi avtomobil partladılıb, nəticədə 9 hərbçi yaralanıb. Hadisə Türkiyə-İran sərhədinin yaxınlığında baş verib.

Hərbi aviabazası atəşə tutuldu

9 Aprel 2018 09:30

Suriyanın Homs vilayətindəki “T-4” aviabazasına ötən gecə raket zərbəsi endirilib. Bu barədə Suriyanın SANA dövlət xəbər agentliyi məlumat yayıb. Məlumata görə, hücum zamanı habelə daha bir neçə nəfər də yaralanıb. Agentlik ölən və yaralananların dəqiq sayı barədə məlumat verməyib.

"Facebook Messencer"də YENİLİK

9 Aprel 2018 09:28

"Facebook Messencer"də tezliklə daha bir yenilik ediləcək. "WhatsApp"ın bəyənilən xüsusiyyətlərindən biri olan "ismarıcı geri alma" imkanı "Facebook Messencer"də də tətbiq ediləcək.

Rafael Ağayev nüfuzlu turnirin qalibi oldu

9 Aprel 2018 09:27

Mərakeşin paytaxtı Rabat şəhərində karate üzrə Premyer Liqası seriyasının növbəti turniri başa çatıb. Azərbaycan təmsilçisi Rəfael Ağayev (75 kq) finaldə özbək Dastonbek Otabolayevı məğlub edərək, turnirin qalibi oldu.

Millimiz ABŞ-da finala çıxdı

9 Aprel 2018 09:25

ABŞ-ın Ayova şəhərində keçirilən sərbəst güləş üzrə Dünya Kuboku yarışında millimiz finala çıxıb. Yığma komandamız ilk yarış günündə yığmamız Kuba və Qazaxıstanla qarşılaşıb. Müvafiq olaraq 8:2 və 9:1 hesabı ilə qələbə qazanan güləşçilərimizin final yolunda son görüşü Monqolustana qarşı olub. 7:3 hesablı üstünlük qazanan yığma komandamız finala yüksəlib.

Nigeriya ordusu 149 nəfəri "Boko Haram"ın girovluğundan azad etdi

9 Aprel 2018 09:24

Nigeriya ordusu “Boko Haram” radikal qruplaşmasına qarşı əməliyyatın gedişatında 149 nəfərin girovluqdan azad edildiyini xəbər verib. Bu barədə “Premium Times” məlumat yayıb.

“Gənclərə dəstək” layihəsi çərçivəsində iki konsert 

9 Aprel 2018 09:22

Bu ay “Gəclərə dəstək” layihəsi çərçivəsində iki konsert proqramı təqdim ediləcək. Hər iki konsert M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında keçiriləcək. Aprelin 17-də təqdim olunacaq birinci konserti Ağaverdi Paşayevin dirijorluğu ilə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri, aprelin 19-da isə Orxan Həşimovun dirijorluğu ilə Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri müşayiət edəcək.