“Gənclərə dəstək” layihəsi çərçivəsində iki konsert 

Bu ay “Gəclərə dəstək” layihəsi çərçivəsində iki konsert proqramı təqdim ediləcək. Hər iki konsert M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında keçiriləcək. Aprelin 17-də təqdim olunacaq birinci konserti Ağaverdi Paşayevin dirijorluğu ilə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri, aprelin 19-da isə Orxan Həşimovun dirijorluğu ilə Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri müşayiət edəcək.

Bu ay "Gəclərə dəstək" layihəsi çərçivəsində iki konsert proqramı təqdim ediləcək.

Hər iki konsert M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında keçiriləcək. Aprelin 17-də təqdim olunacaq birinci konserti Ağaverdi Paşayevin dirijorluğu ilə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri, aprelin 19-da isə Orxan Həşimovun dirijorluğu ilə Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri müşayiət edəcək.

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, "Mədəniyyət" kanalı və Azərbaycan Dövlət Filarmoniyasının birgə təşkilatçılığı ilə həyata keçirilən layihə çərçivəsində ötən il 30-dək konsert proqramı təşkil edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31