Mərkəzi Asiya regionu üçün RF-lə münasibətlərdə prioritetlik aktuallığını itirir, region Qərbə yaxınlaşır

Mərkəzi Asiya regionunda bir-biri ilə əlaqəli 3 proses yanaşı gedir:

ı. Region dövlətlərinin liderləri arasında şəxsimünasibətlər yaxşılaşır. Bu məsələdə əsas rol Özbəkistanda prezident dəyişikliyinəməxsusdur. Yeni prezident Ş.Mirziyayev regionun bəzi qonşu dövlətlərinə(Qırğızıstan və Tacikistan) güzəştli münasibət təqdim edir. Qazaxıstan və Türkmənistanlanormal siyasət aparır. Bunu  Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

Ş.Mirziyayevin belə siyasəti Qazaxıstan prezidentiN.Nazarbayev tərəfindən üstün dəyərləndirildi. N.Nazarbayev Novruz bayramınıbütün ənənələri ilə birlikdə qeyd etmək üçün Səmərqənd (Özbəkistan) şəhərinə gəldi.Eks-prezident İ.Kərimovun məzarını ziyarət etdi. Ş.Mirziyayevlə birlikdə Novruzşənliklərində iştirak etdi. Qazaxıstan və Özbəkistan dini ənənə və prosedurlarıda eyniləşdirmək niyyətindədirlər. Bu barədə sənəd imzalandı. Tacikistanınprezidenti İ.Rəhmonun Qazaxıstan prezidenti N.Nazarbayevvə Özbəkistan prezidenti Ş.Mirziyayevə söylədiyi difiramblara aldığı reaksiyayaxınlarda Tacikistanda ciddi iqtisadi proseslərə səbəb ola bilər.

ıı. Region dövlətləri RF-lə münasibətlərdəprioritetliyi aradan qaldırırlar. Region dövlətlərinin liderləri arasındakı istimünasibətlər regionun Rusiyadan uzaqlaşmasını xeyli sürətləndirə bilər. AİBüzvü olan Qazaxıstan ABŞ-la viza rejimini ləğv etdi. Bu, faktiki RusiyanıABŞ-la vizasız rejim elan etməsi anlamındadır. RF Xİ naziri S.Lavrov etiraz etsədə Qazaxıstanın Xarici İşlər Nazirliyi viza məsələlərini müstəqil həll etməkQazaxıstanın suveren hüququnun olduğunu bəyan etdi. Özbəkistan aviadaşımalardaRusiyanın şərtlərini rədd etdi. Qırğızıstan "milis" sözünü " polis" sözü ilə əvəzləyir.

ııı. Region Qərbə doğru irəliləyir. Astanadaregion dövlətlərinin sammiti keçirildi. Türkmənistan prezidenti Q.Berdıməhəmmədovdanbaşqa bütün liderlər iştirak etdi. Türkmənistanı rəsmən parlamentin spikeri,xanım Ağca Nurberdıyeva təmsil etdi. Q.Berdıməhəmmədovun oğlu S.Berdıməhəmmədovatasının adından N.Nazarbayevə şəxsi məktub gətirdi.

Bu təklifin ideya dəstəkçisiABŞ Dövlət Departamenti idi.

Daşkənddə Əfqanıstandakı vəziyyətə həsr olunmuşbeynəlxalq konfrans keçirildi. Aİ-nin xarici siyasət məsələləri üzrə təmsilçisiF.Moqerini və ABŞ Dövlət Katibinin siyasi məsələlər üzrə müavini Tomas Şennoniştirak edirdilər. Bu konfransda əsas ideya müəllifliyi Aİ-yə məxsus idi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31