Aygünün Röyanı özündən çıxaran paylaşımını Elnarə müdafiə etdi

Xalq artisti Aygün Kazımovanın İnstaqram səhifəsində küsülü olduğu əməkdar artist Röya Ayxanın da yer aldığı video paylaşması qalmaqala səbəb olmuşdu. Məlumata görə, videoda yer alanlardan olan müğənni Elnarə Xəlilova Kazımovaya dəstək olub.

Sənətçi "ATV maqazin onlarla" verilişində bildirib ki, Kazımova onlara qarşı böyük jest edib:

"Bildim ki, o, onu nə niyyətlə etdi. Burada pis niyyət görmürəm. Biz 2001-ci illərdə necəyiksə, elə o gündəyik. Hər adamın işi deyildi bu jesti etsin, addımı atsın, İnstaqramda işarələsin, əl uzatsın. Mən də dəfələrlə etmişəm. Görüntülərdə hamımız necə varıqsa, eləyik. Hamıda var da "əvvəl sonra" effekti. Natavan da gözəldir, hamımız özümüzü formada saxlamaq üçün çalışırıq".

Qeyd edək ki, A.Kazımova "W-trio" qrupu ilə uzun illər əvvəl olan videosunu yayımlamış, Natavan Həbibi, Röya Ayxan və Elnarə Xəlilovanı işarələməşdi. Onun bu addımına Röya əsəbiləşib və sərt cavab vermişdi.

Röyanın əsəbiləşməsinə səbəb keçmiş görüntülərini bəyənməməsi olduğu deyilib. Axşam.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31