Gündəm

Qeyri-adi müalicəvi müalicəvi sarğı hazırlanıb

9 Aprel 2018 09:19

Amerika alimləri yaraların sürətli sağalmasına imkan verən sarğı hazırlayıblar. Onun yaradılması üçün dəniz yosunlarından alınan xüsusi maddədən istifadə olunub. Hərbi əməliyyatlar zamanı yaraların vaxtında sarılması böyük əhəmiyyət kəsb edir. Çünki yaranın infeksiyaya yoluxma ehtimalı çox yüksəkdir, həkimi gözləməyə isə vaxt olmur. Bu problemi həll etmək üçün Texas Aqrar-Texniki Universitetinin alimləri yaranı sağaldan inyeksiya sarğısı üçün material yaradıblar.

Ulu öndərin 95 illiyinə həsr olunmuş beynəlxalq konfrans öz işinə başlayıb

9 Aprel 2018 09:18

Azərbaycan Dillər Universiteti Yeni Azərbaycan Partiyası və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dəstəyi ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” adlı I Beynəlxalq elmi konfrans keçirir. Bu konfransın bölmələri Almaniya, İtaliya, Serbiya, Rusiya, Çin, Türkiyə, Ukrayna, Belarus, Gürcüstan və Azərbaycan universitetlərinin bazasında təşkil olunub.

Tanınmış aktrisa vəfat etdi

9 Aprel 2018 09:16

Görkəmli sovet və gürcü aktrisası, kinorejissor Leyla Abaşidze Tbilisidə 89 yaşında vəfat edib. Artist ağır xəstəlikdən dünyasını dəyişib. O, son vaxtlar xəstəxanada müalicə olunub.

Məşhur türkiyəli aktyor ailəsi ilə Bakıda - FOTO

9 Aprel 2018 09:13

Türkiyənin tanınmış aktyoru Atilla Şendil Bakıya gəlib. Aktyor ATV kanalında yayımlanan “Məlahətli söhbətlər” verilişində qonaq olub. Bakıya qızı və həyat yoldaşı ilə gələn Atillanın sosial şəbəkədə fotoları yayılıb.

Musiqinin səsini azaltmağı istədilər, bıçaqla insanlara hücum etdi: 4 yaralı

9 Aprel 2018 09:09

ABŞ-ın İndiana ştatının mərkəzi İndianapolisdə bıçaqla silahlanmış şəxs insanlara hücum edib. Hadisə nəticəsində xəsarət alan 3 nəfər xəstəxanaya yerləşdirilib. Şahidlərin sözlərinə görə, silahlı şəxs şəhərin mərkəzində maqnitofona yüksəs səs verərək velosipedlə dolaşırmış. Bu zaman ətrafdakılar ondan musiqinin səsini azaltmağı istəyib. Bu da onun xoşuna gəlməyib. Velosipedi saxlayan şəxs bıçaq çıxararaq insanlara hücum edib.

Güclü zəlzələ - Yaponiyada

9 Aprel 2018 09:07

Məni buna məcbur edirlər - AST Telman

8 Aprel 2018 20:39

Hazırda Fransanın Nitsa şəhərində yaşayan azərbaycanlı milyonçu Telman İsmayılov uzun fasilədən sonra Rusiya KİV-ə müsahibə verib.  Fransaya sığınma səbəbləri, qardaşının həbsi, Rusiyaya qayıtmaq istəyindən danışan milyonçu bir sıra maraqlı məqamlara da toxunub. Müxbirin "Niyə indi müsahibə vermək qərarına gəldiz?” sualına İsmayılov belə cavab verib:

Qurban Qurbanov: "PAOK-a veriləsi 5 milyonumuz yoxdur"

8 Aprel 2018 20:36

“Futbolçulara baxırıq, bir oyunla fikir bildirmək düzgün olmaz. Açığı, bütün oyunçuların hər bir matçını analiz ediririk”. Bunu Azərbaycan Premyer Liqasının XXII turu çərçivəsində keçirilən “Zirə” – “Qəbələ” görüşünü canlı izləyən Azərbaycan millisinin və “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib. 46 yaşlı mütəxəssis bildirib ki, qarşıdakı turlarda da yığmanın mart toplanışına olmayan futbolçulara baxacaq: “Statistik göstəriciləri götürüb, maraqlanırıq. Təxminən 3-5 görüşdən bir ümumi analiz aparırıq. Futbolçuların hazırlıq səviyyəsinə, nə dərəcədə faydalı olmalarına baxırıq. Qarşıdakı turlarda da bizimlə toplanışda olmayanların durumlarına baxacağıq”.

Emin Müsəvi ailəsi ilə fotosunu paylaşdı

8 Aprel 2018 20:34

Aparıcı Emin Müsəvi ailəsi ilə fotosunu paylaşıb. O, sosial şəbəkədə yayımladığı şəklinə "Şənbə gəzintisindən" şərhini yazıb.  Fotoda Müsəvinin həyat yoldaşı Lamiyyə xanım və qızları yer alıb. 

Qatar relsdən çıxdı - 50 min litr maddə yerə axdı

8 Aprel 2018 20:24

Finlandiyanın şərqində qatarın relsdən çıxması nəticəsində 50 min litr toksik maddə olan metilbutil efiri ətraf mühitə daxil olub. İnsident Myantyuxaryu bölgəsində qeydə alınıb.

Fransanın tanınmış caz ifaçısı “YARAT”da çıxış edəcək

8 Aprel 2018 20:21

Aprelin 12-də “YARAT” Müasir İncəsənət Mərkəzində Fransanın ölkəmizdəki səfirliyi və Azərbaycanda Fransız İnstitutunun birgə təşkilatçılığı ilə “Mugham Souls” adlı konsert proqramı təqdim olunacaq. Konsert Fransanın tanınmış caz ifaçısı Pyer de Treqoman və xanəndə Qoçaq Əsgərovun iştirakı ilə keçiriləcək.

Xalq Artisti Eldəniz Zeynalovun ömür yolu ekranlaşdırılıb

8 Aprel 2018 20:19

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti (QSC) “Bizə xatirələr qalacaq” sənədli televiziya filminin istehsalını başa çatdırıb. QSC-nin mətbuat xidmətindən bildirilib ki, filmdə görkəmli aktyor, Xalq Artisti Eldəniz Zeynalovun taleyinə, yaradıcılıq yoluna nəzər salınıb. Ekran işində aktyorun iştirak etdiyi tamaşalardan, çəkildiyi kinofilmlərdən, “Mozalan” kinojurnalından kadrlar yer alıb.

Bakı-Naxçıvan aviareysi təxirə salındı

8 Aprel 2018 20:17

Təyyarə havaya qalxarkən quş ilə toqquşub Bakı-Naxçıvan aviareysi təxirə salınıb. Bunu “Azərbaycan HavaYolları” QSC (AZAL) prezidentinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Paşa Kəsəmənski bildirib.

ABŞ Suriyaya hərbi müdaxiləni istisna etmir

8 Aprel 2018 20:14

ABŞ Suriyanın Duma şəhərində kimyəvi silah tətbiq olunması barədə informasiya fonunda Suriyaya hərbi müdaxilə ediləcəyini istisna etməyib. Bunu bu gün Ağ Evin təhlükəsizlik və terrorizmlə mübarizə üzrə məsləhətçisi Tomas Bossert bildirib. T. Bossert Dumada kimyəvi silah tətbiqinin dəhşətli hal olduğunu vurğulayıb.