Tanınmış aktrisa vəfat etdi
Görkəmli sovet və gürcü aktrisası, kinorejissor Leyla Abaşidze Tbilisidə 89 yaşında vəfat edib. Artist ağır xəstəlikdən dünyasını dəyişib. O, son vaxtlar xəstəxanada müalicə olunub.
9 Aprel 2018 09:16 DünyaGörkəmli sovet və gürcü aktrisası, kinorejissor Leyla Abaşidze Tbilisidə 89 yaşında vəfat edib.
Artist ağır xəstəlikdən dünyasını dəyişib. O, son vaxtlar xəstəxanada müalicə olunub.
1951-ci ildə Tbilisinin Teatr İnstitutunun aktyorluq fakültəsini bitirən Abaşidze bir sıra komik və dramatik rolları ifa edib. O, oynadığı rollara görə bir sıra mükafatlar qazanıb. Abaşidze 2010-cu ildə Tbilisinin fəxri vətəndaşı adını qazanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31