Güclü zəlzələ - Yaponiyada

Yaponiya sahillərində 5,8 maqnitudalı zəlzələ olub. Bu barədə ölkənin Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Yeraltı təkanlar Simane prefekturasındakı Oda şəhərindən 10 km şərqdə, ocağı 10 km dərinlikdə olub.

Zəlzələ nəticəsində ölən və xəsarət alanlar barədə xəbər verilmir. Sunami təhlükəsi elan edilməyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31