Musiqinin səsini azaltmağı istədilər, bıçaqla insanlara hücum etdi: 4 yaralı
ABŞ-ın İndiana ştatının mərkəzi İndianapolisdə bıçaqla silahlanmış şəxs insanlara hücum edib. Hadisə nəticəsində xəsarət alan 3 nəfər xəstəxanaya yerləşdirilib. Şahidlərin sözlərinə görə, silahlı şəxs şəhərin mərkəzində maqnitofona yüksəs səs verərək velosipedlə dolaşırmış. Bu zaman ətrafdakılar ondan musiqinin səsini azaltmağı istəyib. Bu da onun xoşuna gəlməyib. Velosipedi saxlayan şəxs bıçaq çıxararaq insanlara hücum edib.
9 Aprel 2018 09:09 DünyaABŞ-ın İndiana ştatının mərkəzi İndianapolisdə bıçaqla silahlanmış şəxs insanlara hücum edib.
Hadisə nəticəsində xəsarət alan 3 nəfər xəstəxanaya yerləşdirilib.
Şahidlərin sözlərinə görə, silahlı şəxs şəhərin mərkəzində maqnitofona yüksəs səs verərək velosipedlə dolaşırmış. Bu zaman ətrafdakılar ondan musiqinin səsini azaltmağı istəyib. Bu da onun xoşuna gəlməyib. Velosipedi saxlayan şəxs bıçaq çıxararaq insanlara hücum edib.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, hadisəni törədən şəxs də daxil olmaqla 4 nəfər yaralanıb və xəstəxanaya yerləşdirilib. Onlardan ikisinin vəziyyəti ağırdır.
Polis hadisə ilə bağlı araşdırmaya başlayıb. Publika.az