Millimiz ABŞ-da finala çıxdı

ABŞ-ın Ayova şəhərində keçirilən sərbəst güləş üzrə Dünya Kuboku yarışında millimiz finala çıxıb. Yığma komandamız ilk yarış günündə yığmamız Kuba və Qazaxıstanla qarşılaşıb. Müvafiq olaraq 8:2 və 9:1 hesabı ilə qələbə qazanan güləşçilərimizin final yolunda son görüşü Monqolustana qarşı olub. 7:3 hesablı üstünlük qazanan yığma komandamız finala yüksəlib.

ABŞ-ın Ayova şəhərində keçirilən sərbəst güləş üzrə Dünya Kuboku yarışında millimiz finala çıxıb.

Yığma komandamız ilk yarış günündə yığmamız Kuba və Qazaxıstanla qarşılaşıb.

Müvafiq olaraq 8:2 və 9:1 hesabı ilə qələbə qazanan güləşçilərimizin final yolunda son görüşü Monqolustana qarşı olub. 7:3 hesablı üstünlük qazanan yığma komandamız finala yüksəlib.

Final görüşündə yığma komandamızın rəqibi ev sahibi ABŞ idmançıları olacaq. Final görüşü Bakı vaxtı ilə gecə saat 01:00-da başlayacaq.

Qeyd edək ki, sərbəst güləş yığmamız əvvəllər iki dəfə Dünya Kubokunun qalibi olub.

A24.Az 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31