"Kimyəvi silahın istifadəsinə dair hər hansı iz yoxdur"

Amerika və Türkiyə də daxil olmaqla NATO ölkələri Suriya hökümətini mülki vətəndaşlara qarşı kimyəvi silah istifadə etməkdə və Rusiya ilə İranın hücuma dəstək olmaqda günahlandırır.

Amerika və Türkiyə də daxil olmaqla NATO ölkələri Suriya hökümətini mülki vətəndaşlara qarşı kimyəvi silah istifadə etməkdə və Rusiya ilə İranın hücuma dəstək olmaqda günahlandırır.  Suriya tibb mütəxəssisinin dediyinə görə, Dumada kimyəvi silahın istifadəsinə dair hər hansı bir iz yoxdur.

"Uzun müddətdir ki, Dumadakı mərkəzi xəstəxanada işləyirəm. Xəstəxanaya 6 nəfər tənəffüs problemlərindən əziyyət çəkən xəstə gətirilib. Onlar müayinə edilib, kimyəvi silahdan istifadə ilə bağlı hər hansı iz tapılmayıb", - Qızıl Aypara cəmiyyətinin üzvü, 7 ildir Dumadakı mərkəzi xəstəxanada işləyən tibbi ekspert Seif Aldin Hobia söyləyib.

Qeyd edək ki, BBC-nin yaydığı məlumatda Şərqi Quta bölgəsinin müxalif qüvvələrin nəzarətində olan son yaşayış məntəqəsi Duma şəhərində kimyəvi silah tətbiqi nəticəsində 70 nəfərin öldüyü deyilir. Milli.az Sputniknews-a istinadla xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31