CAR-la əməkdaşlıq məsələləri müzakirə edilib
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev Cənubi Afrika Respublikasının (CAR) Türkiyə və Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Pule İsaak Malefaneni ilə görüşüb.
9 Aprel 2018 12:44 İqtisadiyyatAzərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev Cənubi Afrika Respublikasının (CAR) Türkiyə və Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Pule İsaak Malefaneni ilə görüşüb. ASK-dən "OLAYLAR"-a bildirilib ki, Azərbaycan Sahibkarlar Konfederasiyasının fəaliyyəti haqqında qonağa geniş məlumat verən Məmməd Musayev bildirib ki, rəhbərlik etdiyi təşkilat ölkədəki 800000-dən artıq sahibkarın maraqlarını müdafiə edir. Qeyd olunub ki, təşkilatın əsas məqsədi öz üzvlərinin mövcud potensialından istifadə edərək dövlət-özəl sektor əməkdaşlığı mexanizmləri vasitəsi ilə respublikamızda daha əlverişli biznes mühitin yaradılması prosesində və dayanıqlı inkişafın təmin olunmasında iştirak etməkdir.
İqamətgahı Ankarada yerləşən CAR-ın Azərbaycandakı səfiri Pule İsaak Malefani bildirib ki, ölkəmizə səfəri çərçivəsində maraqlarından biri sahibkarları təmsil edən ASK kimi təşkilatlarla əməkdaşlıq qurmaq yollarını müzakirə etməkdir.