AVCİYA prezident seçkisi ilə bağlı seminarlara yekun vurdu
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) Seçki Qərargahı 11 aprel 2018-ci il tarixdə keçiriləcək Prezident seçkiləri ilə əlaqədar ölkə üzrə keçirdiyi seminarlara yekun vurub.
9 Aprel 2018 13:11 SiyasətAzərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) Seçki Qərargahı 11 aprel 2018-ci il tarixdə keçiriləcək Prezident seçkiləri ilə əlaqədar ölkə üzrə keçirdiyi seminarlara yekun vurub.
AVCİYA Seçki Qərargahının Mətbuat Xidməti xəbər verir ki, ümumilikdə 45 rayon və həmin rayonlarda məskunlaşmış məcburi köçkün rayonlarının müşahidəçilərini əhatə edən seminarlarda 4 mindən artıq seçki fəalı iştirak edib. Seminarlara "Ambassador" otelində yekun vurulub. Hazırda Assosiasiyada seçki günündə müşahidə işinin təşkilinə ciddi hazırlıq gedir.
Musavat.com
![]()