Ölkəyə psixotrop maddələr gətirənlərə hökm oxundu
Türkiyədən qaçaqmalçılıq yolu ilə ölkəyə külli miqdarda psixotrop maddə olan MDMA həbləri (ekstazi) gətirməkdə təqsirləndirilən Ələkbər Məmmədov, Şəmistan Mustafayev və Cəlal Qasımovun işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
9 Aprel 2018 14:09 KriminalTürkiyədən qaçaqmalçılıq yolu ilə ölkəyə külli miqdarda psixotrop maddə olan MDMA həbləri (ekstazi) gətirməkdə təqsirləndirilən Ələkbər Məmmədov, Şəmistan Mustafayev və Cəlal Qasımovun işi üzrə məhkəmə istintaqı yekunlaşıb. "Olaylar" xəbər verir ki, aprelin 9-da Bakı Ağır Cinayətlər Məhkəməsində bu iş üzrə prokuror çıxış edərək Ələkbər Məmmədovun 10 il, Şəmistan Mustafayevin 8 il, Cəlil Qasımovun isə 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.Adları çəkilən şəxslər Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində həbs olunub. İttihamda yazılıb ki, onlar dəfələrlə eyni yolla ölkəyə psixotrop maddələr gətiriblər. Həblərin Türkiyədən alınmasında, Azərbaycana göndərilməsində əsas iştirakçılar arasında bir neçə nəfər Türkiyə vətəndaşı da var.
Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 206 (qaçaqmalçılıq) və 234 (qanunsuz olaraq narkotik vasitələri saxlama, satma) maddələri ilə ittiham irəli sürülüb.