İŞİD liderinin "sağ əli" öldürüldü

İraq Silahlı Qüvvələri ölkənin şimalında İŞİD terror təşkilatının lideri Əbu Bəkr əl-Bağdadinin ən yaxın müttəfiqini zərərsizləşdirib.

Trend-in məlumatına görə, Əbu Valid əş-Şişani Kərkük şəhəri yaxınlığında keçirilən əməliyyat nəticəsində həlak olub.

Əməliyyat zamanı terror təşkilatının digər liderləri barədə sənədlər də ələ keçirilib.

Xatırladaq ki, 2017-ci ilin dekabrında İŞİD-in İraq mövqelərinin tamamilə azad edildiyi elan edilmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31