Politoloq: “Seçkiqabağı təşviqat uğurla və tam aparıldı”

“Seçkiqabağı təşviqat demokratik qaydalara uyğun şəkildə keçdi”. Bunu açıqlamasında politoloq Qabil Hüseynli deyib.

"Seçkiqabağı təşviqat demokratik qaydalara uyğun şəkildə keçdi". Bunu açıqlamasında politoloq Qabil Hüseynli deyib.

O bildirib ki, seçkiqabağı namizədlərin hər biri öz platformasını şərh edə bildi: "Əhali ilə görüşlər təşkil edildi. Bundan başqa, kütləvi informasiya vasitələrinin həm elektron, həm də yazılı formaları ilə öz fikirlərini seçicilərinə çatdıra bildilər. Zənnimcə, seçkilər ərəfəsində demokratiklik qorunur və seçkilərin keçirilməsi üçün hər şey artıq hazır vəziyyətdədir. Təkcə səsvermə prosesi qalıb ki, xalqın kimi seçdiyini bilək".

Qeyd edək ki, aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə bağlı martın 19-u başlayan seçkiqabağı təşviqat sabah dayandırılacaq. Azadinform.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31