Gündəm

Lavrov: "Türkiyə Afrini Suriya hökumətinin nəzarətinə qaytarmalıdır"

9 Aprel 2018 15:05

"Afrində vəziyyəti normallaşdırmaq üçün ən sadə üsul onu Suriya hökumətinin nəzarətinə qaytarmaqdır". Məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrovdeyib. S. Lavrov xatırladıb ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan heç vaxt Türkiyənin Afrini işğal etmək istədiyini söyləməyib: "Afrində indi vəziyyət normallaşıb və Türkiyə qarşısına qoyduğu əsas məqsədə nail olub. Buna görə də bu ərazi Suriya hökumətinin nəzarətinə qaytarılmalıdır”.

Belarus televiziyası Azərbaycan mətbəxi haqqında veriliş hazırlayı

9 Aprel 2018 15:03

Belarus Azərbaycan İcmaları Konqrersinin təşəbbüsü ilə Belarus Respublikasının Milli Dövlət Teleradio Kompaniyasının (Belteleradiokompaniya) yüksəkreytinqli verilişlərindən biri olan “Kulinariya diplomatiyası”nın növbəti buraxılışı Azərbaycan mətbəxinə həsr olunub.

Qoşulmama Hərəkatı Əfqanıstan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə nəqliyyat layihəsini dəstəkləyib

9 Aprel 2018 15:00

Bir neçə gün əvvəl Bakıda keçirilmiş Qoşulmama Hərəkatının nazirlər konfransının iştirakçıları Əfqanıstan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə marşrutu üzrə “Lapis Lazuli” nəqliyyat-tranzit layihəsinin reallaşdırılmasında əldə olunan nailiyyətləri alqışlayıb.

Urmiya gölü ətrafında duz qasırğası TƏHLÜKƏSİ

9 Aprel 2018 14:58

İranda güclü mövsümi küləklər qurumaqda olan Urmiya gölünün səthindən duz qasırğası təhlükəsi yaradıb. Məlumata görə, İranın Birinci vitse-prezidenti İshaq Cahangiri ötən gün Urmiya bölgəsinə səfər edib. Orada o, Urmiya gölü ilə bağlı vəziyyətlə tanış olub. İ.Cahangiri gölün qurumasının qarşısının alınması üçün İran hökumətinin bütün zəruri addımları atmağa hazır olduğunu bildirib.

Bakıda “Türk İslam Sənətləri Sərgisi” keçiriləcək

9 Aprel 2018 14:55

Aprelin 17-də Azərbaycan Dövlət Rəssamlıq Akademiyası Muzey-Sərgi Kompleksində Türkiyə Cümhuriyyəti Bursa Böyükşəhər Bələdiyyəsinin inventarında mövcud olan “Türk İslam Sənətləri Sərgisi” keçiriləcək. Bakıdakı Yunus Emre İnstitutunun  Təhsil və Mədəniyyət İşləri üzrə koordinatoru Nuranə Tağıyeva “OLAYLAR”-a bildirib ki, sərgi Mədəniyyət və Turizm Nazirliyi, Türk mədəniyyətinin Azərbaycanda ən böyük təmsilçilərindən biri hesab edilen Bakı Yunus Emre İnstitutu və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının birgə təşəbbüsü ilə keçirilir..

Buzovnada yeni idman zalı istifadəyə verilib

9 Aprel 2018 14:55

Xəzər rayonu, Buzovna qəzəbəsində yeni idman zalının açılış mərasimi baş tutub. GİN-in mətbuat katibliyindən “OLAYLAR”-a bildirilib ki, mərasimdə gənclər və idman naziri Azad Rəhimov, Xəzər rayon icra hakimi  Gülağa İslamov, deputat Rauf Əliyev və digər rəsmilər iştirak ediblər.

Aygün Attarın “Erməniçilik müasir dövrün böyük problemi kimi” yeni bir elmi əsəri çap edilib

9 Aprel 2018 14:54

Türkiyədə yaşayan həmyerlimiz, ictimai-siyasi xadim, tanınmış tarixçi, Türkiyədə ilk dəfə “Xocalı soyqırımı” adlı dissertasiyaya elmi rəhbərlik etmiş, Türk dünyasının dəyərli ziyalısı Aygün Attarın “Erməniçilik müasir dövrün böyük problemi kimi” yeni bir elmi əsəri Bahali Kültür Yayınçılığı tərəfindən nəfis şəkildə çap edilib. 

Vanın erməni işğalından azad edilməsinin 100-cü ildönümü qeyd ediləcək

9 Aprel 2018 14:54

Vanın erməni işğalından azad edilməsinin 100-cü ildönümü ilə bağlı Azərbaycan və Türkiyənin vətəndaş cəmiyyəti institutlarının iştirakı ilə tədbir keçiriləcək. Bu barədə məlumatı “OLAYLAR”-a Türkiyədə fəaliyyət göstərən Beynəlxalq Əsassız Erməni İddialarına qarşı Mübarizə Dərnəyinin (ASİMDER) sədri Göksəl Gülbəy verib.

Yerli özünüidarəetmə orqanlarına kimlər seçilə bilməz?

9 Aprel 2018 14:46

Yerli özünü idarəetmə orqanı olan bələdiyyə sistemi qanunla müəyyən edilmiş qaydada ümumi, bərabər, birbaşa seçki hüquqları əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilmiş bələdiyyə üzvlərindən ibarət nümayəndəli kollegial orqandır. Bələdiyyələrin idarə edilməsi və mühüm məsələlərin həlli bələdiyyə məclisi tərəfindən qəbul edilmiş qərarlar vasitəsiylə təmin edilir. Bələdiyyə iclası bələdiyyə üzvlərinin yarıdan çoxunun iştirak etdiyi təqdirdə səlahiyyətlidir və bələdiyyə üzvləri 5 gün əvvəl iclas barədə məlumatlandırılır. 

Azərbaycan xalqı öz seçimini müəyyənləşdirib

9 Aprel 2018 14:44

Prezident seçkilərinə sayılı günlər qalıb. Artıq seçkilərin təbliğat-təşviqat mərhələsi də başa çatmaq üzrədir. Demək olar ki, Azərbaycan əhalisinin səsvermə hüququ olan vətəndaşları artıq öz seçimlərini müəyyənləşdiriblər. Elə millət vəkili Sahib Alıyev də bu qənaətdədir.

Uşaq oyuncaqları, yoxsa xəstəlik mənbəyi?

9 Aprel 2018 14:43

Azərbaycan dünya bazarına inteqrasiya etdikdən bəri uşaq oyuncağı biznesi asan yolla “qaz vurub, qazan doldurmaq” istəyən işbazların əsl qazanc yerinə çevrilib. Baxmayaraq insanlar arasında xaricdən gətirilən uşaq oyuncaqlarının zərəri haqda dəfələrlə yazılıb, həyəcan təbili calınıb, müvafiq dövlət orqanlarına müraciət və xəbərdarlıqlar olunub.

Qusarda 10 otaqlı evdə yanğın baş verib

9 Aprel 2018 14:41

Qusar rayonunda vətəndaşa məxsus 10 otaqlı evdə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən “Olaylar"a verilən məlumata görə, rayonun Şirvanovka kəndində ümumi sahəsi 256 m² olan ikimərtəbəli 10 otaqlı evin bir otağının yanar konstruksiyaları və ev əşyaları 18 m² sahədə yanıb.Yüksək temperaturdan dəhlizin lambirdən ibarət tavanı 20 m² sahədə əriyib. Qeyd olunur ki, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Otelə silahlı hücum oldu

9 Aprel 2018 14:40

Türkiyənin İstanbul şəhərində yerləşən otellətinə birinə silahlı hücum olub. Olaylar.az bildirir ki, Taksimdə yerləşən “Kazancı Yokuşu” adlı otelə səhər saatlarında silahlı hücum olub.

Nadir Qafarzadə: “5 milyonluq yaxta almışam”- VİDEO 

9 Aprel 2018 14:36

ARB TV-nin "Məşhurlarla bir gün” verilişinin növbəti qonağı müğənni Nadir Qafarzadə olub.