Aygün Attarın “Erməniçilik müasir dövrün böyük problemi kimi” yeni bir elmi əsəri çap edilib

Türkiyədə yaşayan həmyerlimiz, ictimai-siyasi xadim, tanınmış tarixçi, Türkiyədə ilk dəfə “Xocalı soyqırımı” adlı dissertasiyaya elmi rəhbərlik etmiş, Türk dünyasının dəyərli ziyalısı Aygün Attarın “Erməniçilik müasir dövrün böyük problemi kimi” yeni bir elmi əsəri Bahali Kültür Yayınçılığı tərəfindən nəfis şəkildə çap edilib. 

Türkiyədə yaşayan həmyerlimiz, ictimai-siyasi xadim, tanınmış tarixçi, Türkiyədə ilk dəfə "Xocalı soyqırımı" adlı dissertasiyaya elmi rəhbərlik etmiş, Türk dünyasının dəyərli ziyalısı Aygün Attarın "Erməniçilik müasir dövrün böyük problemi kimi" yeni bir elmi əsəri Bahali Kültür Yayınçılığı tərəfindən nəfis şəkildə çap edilib.  "OLAYLAR"-a Turan Araşdırmalar Mərkəzindən daxil olan məlumata görə, əsərdə 1917-ci ildə Çar Rusiyasında baş vermiş bolşevik inqilabının Qafqaza, o cümlədən Azərbaycanın ictimai-siyasi həyatına təsiri, bolşeviklərin ermənilərdən Azərbaycana qarşı istifadə etmələri, saxta "erməni məsələsi"nin siyasi mahiyyəti,  ermənilərin Azərbaycan torpaqlarına məqsədli şəkildə köçürülməsinin bütövlükdə Qafqaz bölgəsi üçün yaratdığı fəsadlar, XX əsrin əvvəllərində Anadolu bölgəsində erməni silahlı dəstələrinin  insanlığa qarşı törətdiyi ağır cinayətlər, onların Azərbaycan və Türkiyədə törətdikləri soyqırımlar,  azərbaycanlıların dəfələrlə deportasiya edilməsinin mahiyyəti, hazırda ölkəmizə qarşı davam etdirilən işğalçılıq siyasəti və digər məsələlərdən bəhs olunur.

Əsərdə, həmçinin Zəngəzurun Ermənistana birləşdirilməsi, erməni daşnaklarının Azərbaycanda törətdikləri 1918-ci ilin mart soyqırımı, habelə 1990-cı ilin 20 Yanvar faciəsi və Xocalı soyqırımının səbəb və nəticələri  müfəssəl olaraq bir-birinə bağlı hadisələr kimi təhlil olunub. Müəllif saxta "Böyük Ermənistan" ideyasının ortaya çıxardığı "erməniçilik" missiyasının sülhsevər dünya üçün böyük təhlükə olduğunu tarixi faktlar və məntiqi mülahizələrlə əsaslandırıb. Əsərdə diqqət çəkən məqamlardan biri də zaman-zaman qədim türk yurdlarına sahiblənən ermənilərin adları dəyişdirilən və məhv edilən məkanlarımızın adları və demoqrafik statistik məlumatların sanballı tarixi mənbələrə istinadən təqdim edilməsidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31