Bakıda “Türk İslam Sənətləri Sərgisi” keçiriləcək
Aprelin 17-də Azərbaycan Dövlət Rəssamlıq Akademiyası Muzey-Sərgi Kompleksində Türkiyə Cümhuriyyəti Bursa Böyükşəhər Bələdiyyəsinin inventarında mövcud olan “Türk İslam Sənətləri Sərgisi” keçiriləcək. Bakıdakı Yunus Emre İnstitutunun Təhsil və Mədəniyyət İşləri üzrə koordinatoru Nuranə Tağıyeva “OLAYLAR”-a bildirib ki, sərgi Mədəniyyət və Turizm Nazirliyi, Türk mədəniyyətinin Azərbaycanda ən böyük təmsilçilərindən biri hesab edilen Bakı Yunus Emre İnstitutu və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının birgə təşəbbüsü ilə keçirilir..
9 Aprel 2018 14:55 SosialAprelin 17-də Azərbaycan Dövlət Rəssamlıq Akademiyası Muzey-Sərgi Kompleksində Türkiyə Cümhuriyyəti Bursa Böyükşəhər Bələdiyyəsinin inventarında mövcud olan "Türk İslam Sənətləri Sərgisi" keçiriləcək. Bakıdakı Yunus Emre İnstitutunun Təhsil və Mədəniyyət İşləri üzrə koordinatoru Nuranə Tağıyeva "OLAYLAR"-a bildirib ki, sərgi Mədəniyyət və Turizm Nazirliyi, Türk mədəniyyətinin Azərbaycanda ən böyük təmsilçilərindən biri hesab edilen Bakı Yunus Emre İnstitutu və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının birgə təşəbbüsü ilə keçirilir..
Sərginin əsas məqsədi Ulu Öndər Heydər Əliyevin "İki dövlət bir millət" ifadəsinə əasaslanaraq, iki cəmiyyət arasındakı mədəni əməkdaşlığı inkişaf etdirmək, ortaq milli dəyərlərimizi təbliğ etmək və onlara sahib çıxmaqdır. Sərgidə müxtəlif janr və texnikalarda işlənmiş 80-dən artıq əsər nümayiş olunacaq.
Sərginin açılış mərasimi 17 aprel saat 12:00-da Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Muzey-Sərgi Kompleksində (H. Əliyev pros. 24) baş tutacaq. Qeyd etmək istərdik ki, sərgi 22 aprel 2018-ci il tarixinədək davam edəcək.