Buzovnada yeni idman zalı istifadəyə verilib

Xəzər rayonu, Buzovna qəzəbəsində yeni idman zalının açılış mərasimi baş tutub. GİN-in mətbuat katibliyindən “OLAYLAR”-a bildirilib ki, mərasimdə gənclər və idman naziri Azad Rəhimov, Xəzər rayon icra hakimi  Gülağa İslamov, deputat Rauf Əliyev və digər rəsmilər iştirak ediblər.

Xəzər rayonu, Buzovna qəzəbəsində yeni idman zalının açılış mərasimi baş tutub. GİN-in mətbuat katibliyindən "OLAYLAR"-a bildirilib ki, mərasimdə gənclər və idman naziri Azad Rəhimov, Xəzər rayon icra hakimi  Gülağa İslamov, deputat Rauf Əliyev və digər rəsmilər iştirak ediblər.

Çıxışı zamanı nazir Azad Rəhimov bildirib ki, Buzovna qəsəbəsində inşa edilmiş idman zalı  Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş "Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"na əsasən Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin sifarişi əsasında tikilmişdir. Binada universal idman zalı, trenajor zalı, şahmat otağı, tədris otağı və digər mərkəzlər var.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31