Gündəm
Külli miqdarda narkotik götürülüb
Respublikanın daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri uğurla davam etdirilir. Bu istiqamətdə aprelin 7-də həyata keçirilən tədbirlər nəticəsində külli miqdarda narkotik vasitə götürülərək qanunsuz dövriyyədən çıxarılıb.
Uşağın ağciyərindən nəhəng qurd kistası çıxarıldı: “Ev heyvanları ilə oynayırdı”
Azərbaycanda 10 yaşlı uşağın ağciyərindən nəhəng ölçülü qurd kistası çıxarılıb. Məlumata görə, bu haqda uşaq cərrahiyyəsi və urologiyası uzmanı uroloq-cərrah Fuad Hüseynov məlumat verib. O bildirib ki, uşağın sol ağciyərində 13 santimetr kista aşkarlanıb: "Uşaq uzun müddət öskürüb. Təngnəfəslik başlayan zaman uşaqda aparılan müayinələrin nəticəsində məlum oldu ki, sol ağciyərin alt payını tamamilə tutan, təqribən 12-13 sm ölçüdə kista mövcuddur.
Ərəb milyarderlər Bakıya toplaşır
Mayın 1-dən 3-dək Bakıda Birinci Azərbaycan-ərəb investisiya və biznes forumu keçiriləcək. Bu barədə özəl mənbələrdən məlumat verilib. Forum Azərbaycan və ərəb ölkələrinin əməkdaşlığı Assosiasiyası tərəfindən təşkil edilir. Tədbirdə ərəb ölkələrindən təxminən 300 sahibkar və investorun iştirakı gözlənilir.
Aparıcı Zaur Evlenir: Özü də görün kiminlə
Aparıcı Zaur Nəbioğlu subaylığa son deyir. Aparıcı öz qohumu Səbinə xanımla evlənir. Toy aprel ayının 24-u paytaxtin məşhur restoranlarından birində baş tutacaq. Qonaqlar artiq toya dəvət olunub.
Paytaxtda bankomatı laqonda ilə kəsib 174 min manat apardılar
Ötən həftə “Kapital Bank”ın Yasamal filialında (Landau küç., bina 6) bankomata müdaxilə edilib. Bu haqda sosial şəbəkələrdə məlumat yayılıb. Məlumatda qeyd olunur ki, “Kapitalbank”ın Yasamal rayon ərazisində yerləşən bankomatından 174 min manat pul oğurlanıb: “Ədliyyə, Ekologiya və Təbii Sərvətlər, Vergilər nazirliklərinin yerləşdiyi ərazidə inanılmaz hadisə qeydə alınıb. Günün günorta çağı üzlərinə əleyhqaz taxmış iki nəfər Vergilər Nazirliyi yaxınlığındakı “Kapital Bank”ın bankomatına yaxınlaşıblar.
Regional proqramların davamlı icrası və onun uğurlu nəticələri
Azərbaycanın bu günkü inkişafı, əldə etdiyi nailiyyətlər, qazandığı uğurlarda Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının xüsusi çəkisi və payı var. 2004-cü ildən etibarən həyata keçirilən və bu günə qədər uğurla icra olunan regional proqramlar ölkənin simasını tamamilə dəyişib. İstər aran, istər dağ rayonlarında regional proqramlar çərçivəsində kifayət qədər mühüm işlər görülüb, infrastruktur yenilənib, quruculuq-abadlıq işləri həyata keçirilib.
Azərbaycandan Almaniyaya viza almaq asanlaşdı
Qazaxıstanda teleaparıcı liftə minərkən ölüb
Qazaxıstanda televiziya aparıcısı Ayzat Abdisamat liftə minmək istəyərkən qəza baş verib və o, ölüb.
Düzgün idarəçilik, sosial-iqtisadi inkişaf
Prezident seçkilərinə cəmi bir ay qalıb. Aprelin 11-də Azərbaycan xalqı, vətəndaşları səsvermə məntəqələrinə gedərək növbəti müddətə ölkənin birinci şəxsini seçəcəklər. Ölkə Konstitutsiyasına edilən dəyişikliklərdən sonra ilk dəfə baş tutacaq prezident seçkilərinin nəticələrinə əsasən dövlət başçısı seçiləcək şəxs əvvəlki illərdən fərqli olaraq prezidentlik postunda 5 deyil, 7 il əyləşəcək. Bir qayda olaraq bu və ya digər ölkədə keçirilən hər hansı bir seçki ərəfəsində həmin ölkədəki seçki mühiti, mövcud ictimai-siyasi vəziyyət təhlil olunur, bu istiqamətdə araşdırma aparılır.
Sanksiya Rusiyanın aliminium nəhəngini batırır, Deripaska defolt elan etməyə hazırlaşır
ABŞ hökumətinin ötən həftə elan etdiyi sanksiyalardan sonra Rusiyanın aliminium nəhəngi “Rusal” sürətlə batır. Virtualaz.org xəbər verir ki, bu gün hərraclar başlayan kimi şirkətin səhmləri bütün birjalarda kəskin dəyə itirməyə başlayıb.
Türkiyədən oyuncaqda ekstazi gətirənlərə cəza istənildi
Bakı Ağır Cinayətlər Məhkəməsində qaçaqmalçılıq yolu ilə ölkəyə külli miqdarda psixotrop maddə olan MDMA həbləri (ekstazi) gətirməkdə təqsirləndirilən Ələkbər Məmmədov, Şəmistan Mustafayev və Cəlal Qasımovun cinayət işi üzrə məhkəmə istintaqı davam etdirilib.
Məzahir Pənahov prezident seçkilərinə müdaxilə cəhdləri barədə
Azərbaycan MSK başçısı bildirib ki, Azərbaycanda prezident seçkilərinə müdaxilə cəhdlərinin olmamasından danışmaq sadəlövhlük olardı.“Müdaxilə cəhdlərinin olmamasını demək bir qədər, yumşaq desək, bir qədər sadəlövhcəsinə görünərdi. Böyük təəssüf hissi ilə bildiririk ki, müdaxilə cəhdləri, arzusu bugünkü dünyamızın gerçəkliyidir, az qala normasına çevrilib”, - virtualaz.org xəbər verir ki, bunu M.Pənahov RİA “Novosti”yə müsahibəsində deyib.
MDB PA-nın müşahidə missiyası da Bakıya gəldi
MDB Parlamentlərarası Assambleyasının müşahidə missiyası Azərbaycanda prezident seçkilərini müşahidə etmək üçün Bakıya gəlib. Məlumata görə, beynəlxalq müşahidə missiyasının tərkibi Rusiya Federasiyası, Tacikistan, Moldova, Belarus, Qazaxıstan və Qırğızıstandan olan deputatlardan ibarətdir.
Dağıstanla qadın və uşaq hüquqları sahısində əməkdaşlıq genişlənəcək
Qaradağ rayonu Sahil qəsəbəsinin seçiciləri ilə görüş keçirilib
Yeni Azərbaycan Partiyasının Qaradağ rayon təşkilatı aprelin 11-də keçiriləcək prezident seçkilərində YAP-ın namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində növbəti görüşü rayonun Sahil qəsəbəsinin seçiciləri ilə keçirib.














