Qazaxıstanda teleaparıcı liftə minərkən ölüb
Qazaxıstanda televiziya aparıcısı Ayzat Abdisamat liftə minmək istəyərkən qəza baş verib və o, ölüb.
9 Aprel 2018 15:24 DünyaQazaxıstanda televiziya aparıcısı Ayzat Abdisamat liftə minmək istəyərkən qəza baş verib və o, ölüb.
APA-nın "life.ru"ya istinadən verdiyi məlumata görə, hadisə aprelin 4-də 27 yaşlı aparıcının 3 yaşlı qızının gözü qarşısında baş verib. A. Abdisamat əvvəlcə qızını içəri buraxıb, sonra isə özü liftə daxil olmaq istəyib, lakin bu zaman liftin qapıları qəflətən bağlanıb və lift yuxarı qalxmağa başlayıb. Bir mərtəbə getdikdən sonra lift dayanıb, lakin qadın şaxtada sıxılmış vəziyyətdə qalıb. Sonra qadının meyiti qonşuları və həyat yoldaşı tərəfindən aşkar edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31