MDB PA-nın müşahidə missiyası da Bakıya gəldi
MDB Parlamentlərarası Assambleyasının müşahidə missiyası Azərbaycanda prezident seçkilərini müşahidə etmək üçün Bakıya gəlib. Məlumata görə, beynəlxalq müşahidə missiyasının tərkibi Rusiya Federasiyası, Tacikistan, Moldova, Belarus, Qazaxıstan və Qırğızıstandan olan deputatlardan ibarətdir.
9 Aprel 2018 15:11 SiyasətMDB Parlamentlərarası Assambleyasının müşahidə missiyası Azərbaycanda prezident seçkilərini müşahidə etmək üçün Bakıya gəlib. Məlumata görə, beynəlxalq müşahidə missiyasının tərkibi Rusiya Federasiyası, Tacikistan, Moldova, Belarus, Qazaxıstan və Qırğızıstandan olan deputatlardan ibarətdir.
Beynəlxalq müşahidəçilər missiyasına MDB PA-nın beynəlxalq monitorinq institutunun əməkdaşları və ekspertləri daxildir. Missiya üzvləri aprelin 11-də Bakı və bölgələrdə olacaqlar. Həmçinin beynəlxalq müşahidəçilərin Milli Məclis, Mərkəzi Seçki Komissiyası və prezidentliyə namizədlərlə görüşləri nəzərdə tutulur.
Seçkilər başa çatdıqdan sonra MDB PA-dan olan beynəlxalq müşahidəçilər mətbuat konfransı keçirəcəklər. Virtualaz.org