Türkiyədən oyuncaqda ekstazi gətirənlərə cəza istənildi

Bakı Ağır Cinayətlər Məhkəməsində qaçaqmalçılıq yolu ilə ölkəyə külli miqdarda psixotrop maddə olan MDMA həbləri (ekstazi) gətirməkdə təqsirləndirilən Ələkbər Məmmədov, Şəmistan Mustafayev və Cəlal Qasımovun cinayət işi üzrə məhkəmə istintaqı davam etdirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində qaçaqmalçılıq yolu ilə ölkəyə külli miqdarda psixotrop maddə olan MDMA həbləri (ekstazi) gətirməkdə təqsirləndirilən Ələkbər Məmmədov, Şəmistan Mustafayev və Cəlal Qasımovun cinayət işi üzrə məhkəmə istintaqı davam etdirilib. Hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edərək Ələkbər Məmmədovun 10 il, Şəmistan Mustafayevin 8 il, Cəlil Qasımovun isə 7 il müddətinə azadlıqdan məhrum edilmələrini istəyib. Məhkəmə prosesi aprelin 16-da davam edəcək.

İttihama görə, adları çəkilən şəxslər dəfələrlə eyni yolla ölkəyə psixotrop maddələr gətiriblər. Bu məqsədlə ilk dəfə Türkiyəyə gedərək orada müxtəlif şəxslərlə görüşüblər.

Narkotik həblərin Türkiyədən alınmasında, Azərbaycana göndərilməsində əsas iştirakçılar arasında bir neçə nəfər Türkiyə vətəndaşı da var.

Məhkəmə önünə çıxarılan şəxslər ötən il martın 15-də saxlanılıblar. Araşdırma zamanı külli miqdarda psixotrop maddə olan MDMA həbləri, habelə külli miqdarda güclü təsiredici "Preqabalin" maddələri aşkar edilərək götürülüb.

Qeyd edək ki, Ə.Məmmədov Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 234.4.1-ci (qanunsuz olaraq narkotik vasitələri saxlama, satma, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə), Ş.Mustafayev 29, 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri saxlamaya və satmaya cəhd, külli miqdarda törədildikdə) və C.Qasımov 29, 234-cü (qanunsuz olaraq narkotik vasitələri saxlamaya və satmaya cəhd) maddələri ilə ittiham olunurlar.

Virtualaz.org

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31