Qaradağ rayonu Sahil qəsəbəsinin seçiciləri ilə görüş keçirilib

Yeni Azərbaycan Partiyasının Qaradağ rayon təşkilatı aprelin 11-də keçiriləcək prezident seçkilərində YAP-ın namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində növbəti görüşü rayonun Sahil qəsəbəsinin seçiciləri ilə keçirib.

Yeni Azərbaycan Partiyasının Qaradağ rayon təşkilatı aprelin 11-də keçiriləcək prezident seçkilərində YAP-ın namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində növbəti görüşü rayonun Sahil qəsəbəsinin seçiciləri ilə keçirib. "Olaylar" xəbər verir ki, görüşdə YAP Qaradağ rayon təşkilatının sədri, Milli Məclisin deputatı Aydın Hüseynov prezident seçkilərinin Azərbaycanın inkişafındakı əhəmiyyəti ilə bağlı danışaraq hər bir seçicinin prosesdə fəal iştirakının vacibliyini vurğulayıb. O, ölkəmizdə azad, demokratik və şəffaf seçkilərin keçirilməsi üçün hər cür şəraitin olduğunu, aprelin 11-də prezident seçkilərinin ən yüksək demokratik prinsiplərə cavab verəcəyini qeyd edib. Aydın Hüseynov möhtəşəm uğurların davamlı olması üçün aprelin 11-də hər bir seçicini YAP-ın namizədi cənab İlham Əliyevə səs verməyə çağırıb. Görüşdə çıxış edən "İrəli" İctimai Birliyinin sədri Mirhəsən Seyidov Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə qazandığı böyük uğurlardan, həyata keçirilən islahatların əhəmiyyətindən danışıb. O, bütün seçiciləri prezident seçkilərində xalqımızın yeganə namizədi İlham Əliyevə səs verməyə çağırıb. Görüşdə çıxış edən seçki qərargahının üzvləri Nazim Hüseynov, Hacı İbrahimov, Nəriman Qurbanov, Sabir Ələkbərov, Hicran Xəlilova, qəsəbə sakini Əlizamin Məmmədov və digərləri YAP-ın namizədi cənab İlham Əliyevin Öz fəaliyyəti ilə hər bir azərbaycanlının Prezidenti olduğunu sübuta yetirdiyini vurğulayaraq, seçkilərin qalibinin Azərbaycan xalqının alternativsiz lideri cənab İlham Əliyev olacağına əminliklərini ifadə ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31