Gündəm
Bundan qaçmaq əsas vəzifədir – Puşkov
Vəliəhd Ərəbistanda opera qurur
Rusiya ordusu döyüş vəziyyətinə gətirildi – Təcili
Rusiya ordusu döyüş vəziyyətinə gətirilib. Ölkənin demək olar ki, hər yerində hərbi texnika və raket sistemlərinin hərəkətliliyi müşahidə olunub.
Ərdoğanla Putin Şərqi Qutanı müzakirə etdilər
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub.Dövlət başçıları danışıq zamanı əsasən Suriyanın Şərqi Quta ərazisindəki vəziyyəti müzakirə ediblər.
Narkomanlardan 5 nəfəri 18 yaşa çatmayan şəxslərdir
Kapital Bankdakı oğurluqla bağlı - Rəsmi açıqlama
Dollar kreditlərinin taleyi necə olacaq? - Elman Rüstəmov danışdı
Mərkəzi Bank uçot dərəcəsinin 13 faizdən 11 faizə, faiz dəhlizinin yuxarı və aşağı həddinin müsbət və mənfi 3 faizə endirilməsi barədə qərar qəbul edib.
Cümhuriyyətin 100 illiyi və ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə yubiley sikkələri buraxılacaq
Mərkəzi Bank Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi və ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə yeni yubiley sikkələri buraxacaq. Bu barədə AMB-ın sədri Elman Rüstəmov deyib.
AKRA: Son 27 ildə MDB-də ən yüksək iqtisadi artıma Azərbaycan nail olub
1990-cı ildən 2017-ci ilədək Azərbaycan iqtisadiyyatı MDB ölkələri arasında ən yüksək artımı nümayiş etdirib. Bu barədə Analitik Kredit Reytinq Agentliyinin (AKRA) hazırladığı MDB neft iqtisadiyyatlarının makroiqtisadi icmalında deyilir.
Yaxşılığın anatomiyası
...Bayram günləri şimal bölgəsinə səfərə çıxmışıq. Onun təşəbbüsüdür. Söhbəti dağdan arana, arandan dağa aparırıq. Əsas mövzu yoxdu. Sadəcə gün-güzərandan danışırıq. Mən deyirəm ki, hər şey yaxşıdır: varlı ölkəmiz var, imkanlarımız da günbəgün artır, di gəl ki, maaşlar aşağıdır, işsizlik də bir tərəfdən. Bunları yola vermək olar, məni narahat edən odur ki, cavanlarımız xaricə maraq göstərir və ora can atır, elə bilirlər ki, orda yel əsib, qoz tökülüb...
İranlı Mühacirlər Cəmiyyətində yubiley tədbiri
Ötən şənbə günü “İranlı Mühacirlər Cəmiyyəti” İctimai Birliyində Azərbaycanın əməkdar artisti Ruhəngiz Musəvinin 65 yaşı qeyd olunub. Sözlü-nəğməli toplantını açan İMC-nin sədri Rəhim Hüseynzadə öncə bu tədbiri cəmiyyətin qadınlar təşkilatının son iki ildəki aktiv fəaliyyətini təsdiqləyən daha bir əyani nümunə kimi dəyərləndirib.
Rusiyada yaşayan azərbaycanlı 16,6 milyon dollarlıq fırıldaqçılıqda günahlandırılır
Rusiyanın paytaxtı Moskvada yaşayan azərbaycanlı 16,6 milyon dollarlıq fırıldaqçılıqda günahlandırılır. Bu barədə report "Moskva" agentliyinə istinadən xəbər verir. Məlumata görə, əslən Azərbaycandan olan 68 yaşlı şəxs 2014-cü ilin iyul ayında Singapurdan olan iş adamı ilə tanış olub və onu özünün təsis etdiyi təşkilatın səhmlərinin 100% -nə sahib olduğuna inandırıb. Əslində, şirkətin səhmlərinin 25% Lenkom Dövlət Teatrına məxsus olub. Daha sonra, fırıldaqçı həmin iş adamı ilə görüşüb və ona təşkilatın səhmlərini 16,6 milyon dollardan artıq məbləğə satıb.
Dövlət başçısının 22.02.2018-ci il tarixli Sərəncamı vəkilliyin inkişafında tarixi hadisədir
Ölkəmizdə aparılan mütərəqqi məhkəmə-hüquq islahatlarının tarixi 90-cı illərin ortalarına təsadüf edir. Müstəqil dövlətimizin ilk milli Konstitusiyasının qəbul olunması və milli dövlətçilik tariximizdə ilk dəfə parlament seçkilərinin keçirilməsi ilə Azərbaycan tarixinin yeni inkişaf mərhələsi başladı. Ümummilli lider Heydər Əliyevin bilavasitə rəhbərlik etdiyi komissiya tərəfindən hazırlanaraq ümumxalq müzakirəsinə çıxarılan Konstitusiya layihəsi 1995-ci il noyabrın 12-də keçirilən ümumxalq səsverməsində - referendumda qəbul edildi. Konstitusiyanın qəbul edilməsi ilə ölkəmizdə müasir dövrlə səsləşən məhkəmə-hüquq islahatlarının əsası qoyulmuş oldu. Bu mühüm tarixi əhəmiyyətə malik sənəd ölkəmizdə insan və vətəndaş hüquq və azadlıqlarına lazımi təminatlar yaratmaqla hüquqi dövlət və vətəndaş cəmiyyətinin qurulmasının möhkəm təməlini formalaşdırır.
Masallıda qətl törədən keçmiş məhkum yaxalanıb
Aprelin 8-də Masallı rayonunun Mollaoba kənd qəbristanlığında kənd sakini Urfan Həsənovun üzərində zorakılıq əlamətləri olan meyitinin tapılması barədə daxil olmuş məlumatla əlaqədar Masallı Rayon Polis Şöbəsi və rayon prokurorluğunun əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçlirilib.
İki Quba sakini su kanalında batıb
Quba rayonunda 2 nəfər su kanalında boğulub. DİN-dən “Olaylar”a verilən mlumata görə, aprelin 8-də saat 12 radələrində Quba rayonunun Gədikqışlaq kəndinin ərazisində kənd sakinləri Vidadi Mehrəliyev və Səxrab Sayfurov Samur-Abşeron su kanalına düşmüş sonuncuya məxsus 1 baş inəyi oradan çıxarmaq istəyərkən suda boğulublar.














