İki Quba sakini su kanalında batıb
Quba rayonunda 2 nəfər su kanalında boğulub. DİN-dən “Olaylar”a verilən mlumata görə, aprelin 8-də saat 12 radələrində Quba rayonunun Gədikqışlaq kəndinin ərazisində kənd sakinləri Vidadi Mehrəliyev və Səxrab Sayfurov Samur-Abşeron su kanalına düşmüş sonuncuya məxsus 1 baş inəyi oradan çıxarmaq istəyərkən suda boğulublar.
9 Aprel 2018 15:41 SosialQuba rayonunda 2 nəfər su kanalında boğulub. DİN-dən "Olaylar"a verilən mlumata görə, aprelin 8-də saat 12 radələrində Quba rayonunun Gədikqışlaq kəndinin ərazisində kənd sakinləri Vidadi Mehrəliyev və Səxrab Sayfurov Samur-Abşeron su kanalına düşmüş sonuncuya məxsus 1 baş inəyi oradan çıxarmaq istəyərkən suda boğulublar. Həmin gün saat 16 radələrində Şabran rayonu ərazisində "Taxtakörpü" su anbarını mühafizə edən DİN-in Baş Mühafizə İdarəsinin Həyat Əhəmiyyətli Obyektlərin Mühafizəsi üzrə Polis Alayının əməkdaşları meyitlərin bunkerdə olmasını görüb və dərhal aidiyyatı üzrə məlumat veriblər. Görülmüş tədbirlərlə meyitlər oradan çıxarılıb.Araşdırma aparılır.