Bundan qaçmaq əsas vəzifədir – Puşkov

Suriyada yeni Karib böhranı yarana bilər. Bu sözləri öz Tvitter səhifəsində Rusiya Federasiya Şurasının üzvü Aleksey Puşkov paylaşıb. "Suriya yeni Karib böhranının yaranacağı tək bölgə deyil, amma o, daha inandırıcı variantdır. Bundan qaçmaq əsas vəzifədir", - deyə o bildirib.

Qeyd edək ki, ötən gün Şərqi Qutanın Duma bölgəsinə Əsəd qüvvələrinin kimyəvi silahla hücum etdiyi, ən azı 80 nəfərin öldüyü və minlərlə insanın yaralandığı bildirilir. BMT TŞ bununla bağlı təcili toplantısı keçiriləcək. Suriya və Rusiya kimyəvi silah hücumu barədə xəbəri təkzib edib. Bu gün isə Suriya bazasının İsrail tərəfindən vurulduğu xəbəri yayılıb. Axar.az 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31