Gündəm
Azərbaycan prezidenti: “İlin birinci rübündə ölkəmizə 3,5 milyard dollar sərmayə qoyulub”
“İlin birinci rübündə də Azərbaycan iqtisadiyyatı artıb”. Məlumata görə, bunu bu gün Azərbaycan prezidentiİlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.
“İqtidar hərislikləri, böyük və güclü olmaq niyyətləri bu qədərmi psixoz hal alıb?” – Amaşovdan SƏRT açıqlama
“Söyüş kampaniyası cəmiyyətin mütərəqqi kəsiminin, xüsusən də media ictimaiyyətinin sərt reaksiyası nəticəsində iflasa uğradı. Lakin bu çirkin işi özünə hobbi, siyasi məqsədlərini gerçəkləşdirməyin yeganə vasitəsi kimi müəyyənləşdirmiş şəxslər yenə də fəaliyyətdədirlər”.
Azərbaycan prezidenti: “Bu ilin birinci rübü uğurlu olub”
“Bu ilin birinci rübü də uğurlu olub. Əminəm ki, ilin sonuna qədər müsbət dinamika saxlanacaq”. Məlumata görə, bunu bu gün Azərbaycan prezidentiİlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.
Bakcell KSM layihələri vasitəsilə innovasiya və inkişafı dəstəkləyir
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti özünün Korporativ Sosial Məsuliyyət proqramı və digər layihələr vasitəsilə Azərbaycanda innovasiyaların tətbiqini və inkişafı dəstəkləyir.
Prezident: "Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı hüquqi baza yaradılıb”
"Ermənistan-Azərbaycan,Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı hüquqi baza yaradılıb”. Məlumata görə, bunu prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.
PKK qatırlarla aparırdı, dronlar məhv etdi - Video
Türkiyənin Ağrı vilayətinin Doğubəyazid mahalında qatırla silah və partlayıcı aparan terrorçular dronla məhv edilib. Əməliyyatı Ağrı vilayətinin Jandarma Komandanlığının hərbçiləri həyat keçirib. Əməliyyatın görüntülərində PKK-çıların qayalıqda hərəkət etməyə çətinlik çəkən heyvana işgəncə verdikləri görünür. Bu, terror təşkilatının təkcə mülki şəxslərə, hərbçilərə qarşı deyil, digər canlılara qarşı da amansız olduğunu göstərir.
Türkiyə Donbasa ordu göndərməyə hazırdır - Ukrayna
Türkiyə Ukraynanın Donbas ərazisinə BMT sülhməramlılarının göndərilməsi fikrini dəstəkləyir və bu məsələ həyata keçiriləcəyi halda türk sülhməramlıları həmin qoşunların sıralarında təmsil olunmağa hazırdır.
Plastik katlardan istifadə zamanı nəyi bilmək vacibdir?
Hazırda dünyanın aparıcı ölkələrində insanlar əsasən ödənişləri plastik kartlar vasitəsilə həyata keçirilir. Azərbaycanda da artıq bu istiqamətdə müsbət tendensiya müşahidə edilməkdədir və plastik kartların istifadəçiləri durmadan artır. Lakin əhalinin plastik kartlarla bağlı kifayət qədər məlumatlı olmaması tez-tez onların hüquqlarının pozulmasına səbəb olur.
320 min kaptaqon narkotik maddə tutuldu
İstanbulda Səudiyyə Ərəbistanına göndəriləcək makina atəşləyici fişənglərinin içində gizlədilmiş 320 min ədəd Kaptaqon narkotik həbi polis tərəfindən aşkarlanaraq götürüldüyü bildirilir.
Akira Nisino Yaponiyanın baş məşqçisi oldu
Yaponiya millisinin yeni baş məşqçisi müəyyənləşib. Bu posta Akira Nisino təyin olunub. "Qamba Osaka", "Vissel Naqoya", "Naqoya Qrampus" kimi klublarda çalışmış 63 yaşlı mütəxəsis son olaraq Yaponiya Futbol Assosasiyasında texniki direktor vəzifəsini icra edirdi.
Ərdoğanın anonsunu verdiyi əməliyyat başladı
Menbiç əməliyyatının ilk mərhələsi başlayıb. Bunu Konyada keçirilən bir konfransda təhlükəsizlik üzrə mütəxəssis Mete Yarar bildirib. “Bu prosesdə ən əhəmiyyətli hazırlıqlardan biri siyasi danışıqlardır, yəni diplomatiya fəaliyyətin bir hissəsidir. Əgər amerikalılarla, Rusiya, İran və digər tərəflərlə görüşürüksə, bu, əməliyyatın ilk mərhələsinin başlanması deməkdir”, - o deyib.
Müdafiə Nazirliyi: "Ermənistanın təxribatının qarşısı qətiyyətlə alınacaq, sarsıdıcı cavablar veriləcək"
Ermənistan tərəfinin təxribatının qarşısı qətiyyətlə alınacaq. Məlumata görə, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin bəyanatında deyilir.
FETÖ imamı yunan gəmisində tutuldu
FETÖ terror təşkilatının Samsun bölgə imamı M.E. Marmarisdə yunan bayraqlı yaxtada yaxalanaraq həbs edilib. O üstündə saxta kimliklə həbs edilib. M.E nın FETÖ-nün Samsun, Çorum, Tokat, Amasiya, Sinop vilayətlərindən məsul imamı olduğu müəyyən edilib. Şübhəlinin Marmaris limanındakı bir yaxtada olduğunun xəbərini alan Samsun Mütəşəkkil Cinayətlərlə və Qaçaqçılıqla Mübarizə İdarəsinin əməkdaşları Marmarisdəki həmkarları ilə birgə keçirdikləri əməliyyatda saxta kimliklə Yunanıstana qaçmaq istəyən Fatih kod adlı M.E nin beş nəfər şübhəli ilə bir yerdə saxlayaraq Marmaris Baş Polis İdarəsinə gətiriblər. Şübhəlilərin hal- hazırda müvafiq orqanlar tərəfindən dindirilmələrinin davam etdiyi bildirilir.
Zlatan İbrahimoviç FİFA - ya meydan oxudu
FİFA qaydalarına görə, isveçli bir bahis şirkətinə şərik olduğu üçün Dünya kubkunda oynamaq şansı olmayan İbrahimoviç, "FIFA məni dayandıra bilməz. Orada olmaq istəyirəmsə orada olacağam. Milli Komandada yer almaq istəyirəmsə alacağam. Bu FİFA – nın yox mənim qərar verəcəyim bir vəziyyətdir. Bütün qapılar üzümə açıqdır” deyərək etirazını bildirib.
“Ağ kaskalılar”ın məşhur səhnəciyinə hazırlıq və “şahin”in Rusiyaya İLK ZƏRBƏSİ
ABŞ prezidenti Donald Trampın administrasiyası bu həftə Rusiya barəsində yeni sanksiyaları müzakirə etməyi planlaşdırır.













