Gündəm

ABŞ və İtaliya jurnalistləri Mətbuat Şurasında olublar

9 Aprel 2018 18:32

Bu gün ölkəmizdə səfərdə olan xarici jurnalistlər Azərbaycan Mətbuat Şurasında olublar. MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov ABŞ və İtaliyanın nüfuzlu media orqanlarında siyasi şərhçi kimi fəaliyyət göstərən Nurit Qrengerdən, Yason Katsdan, Lello Stelettidən, Raqul Kontrerasdan və Domenika Letisiyadan ibarət nümandə heyətinin üzvlərinə rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri barədə geniş məlumat verib.

Türk Şurasının nümayəndə heyəti MSK-da olub

9 Aprel 2018 18:31

Bu gün Türk Şurası baş katibinin müavini Ömər Kocamanın rəhbərlik etdiyi nümayəndə heyəti Mərkəzi Seçki Komissiyasında (MSK) olub. 

22 məntəqəni birləşdirən yol yenidən qurulur

9 Aprel 2018 18:30

Vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədilə Quba rayonunda 22 yaşayış məntəqəsini birləşdirən avtomobil yolları yenidən qurulur. Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib. O bildirib ki, Quba rayonunda həyata keçirilən yol infrastrukturu layihələri 2 istiqamət üzrə 50 km uzunluğa malik avtomobil yollarını əhatə edir: “Bu başlanğıcını respublika əhəmiyyətli Quba-Xaçmaz avtomobil yolunun 13-cü km-dən götürən 17 km uzunluğa malik Hacıqayıb-Əhmədoba-Hacıhüseynli-Qımılpaşa-Alekseyevka-Gənclər qəsəbəsi və başlanğıcını M1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolundan götürən 33 km-lik İdrisqışlaq-Qasımqışlaq-Xaspolad-Zərqava-Aspərəsti-Çayqışlaq marşrutu üzrə uzanan yollardır.

Salahdan daha bir uğur

9 Aprel 2018 18:24

İtkin alpinistlərlə bağlı yeni AÇIQLAMA

9 Aprel 2018 18:21

“Alpinistlərin axtarışları davam etdirilir”. Bu barədə  "Gilavar" - hava və ekstrim idman klubunun rəhbəri Ziya Qasımov bildirib. Havaların isinməsilə axtarışların nisbətən asanlaşmasına gəlincə, Z.Qasımov deyib ki, hava şəraiti iki gündür mülayimləşib: “Ona görə də dağlardakı qarın belə tez əriyəcəyini güman etmirəm. Amma bütün bunlara rəğmən axtarışlar davam etdirilir”.

Ermənistanın yeni prezidentinə cavab - Elə danışmasaydı, kütlə onu qovardı

9 Aprel 2018 18:20

Bu gün Yerevandakı Karen Dəmirçiyan adına İdman Konsert Kompleksində Ermənistanın yeni prezidenti Armen Sarkisyanın andiçmə mərasimi keçirilib. Çıxışı zamanı A.Sarkisyan Qarabağla bağlıda  açıqlama verib: “Qoy heç kəsin şübhəsi olmasın ki, Qarabağın arxasında Ermənistan dayanır və bu məsələnin ədalətli həlli üçün bu gün də, sabah  da mübarizə aparacaq”.

Elmar Məmmədyarov ŞƏT-in baş katibi ilə görüşüb

9 Aprel 2018 18:18

Xarici işlər naziri Elmar Məmmədyarov Şanxay Əməkdaşlıq Təşkilatının baş katibi Rəşid Alimovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. 

Prezident İlham Əliyev "Elm günü"nün təsis edilməsi haqqında sərəncam imzalayıb

9 Aprel 2018 18:11

Prezident İlham Əliyev Azərbaycan Respublikasında “Elm günü”nün təsis edilməsi haqqında sərəncam imzalayıb.

Almaniya telekanalı: “Yoxsulluq və korrupsiya. Ermənistan gələcəyini itirib”

9 Aprel 2018 18:09

Almaniyanın “ZDF” televiziya kanalında jurnalist Volfqanq Tsimmerman tərəfindən “Yoxsulluq və korrupsiya. Ermənistan gələcəyini itirib” başlıqlı reportaj verilib.

İnsanlar niyə falçılara inanırlar? - VİDEO

9 Aprel 2018 18:08

ARB TV-nin "Günə doğru" verilişində insanların niyə falçılara getdiyi haqda maraqlı süjet efirə yayımlanıb.

ABŞ müdafiə naziri Suriyada hərbi əmliyyatları istisna etməyib

9 Aprel 2018 18:07

Pentaqon Suriyanın Duma şəhərində dinc əhaliyə qarşı kimyəvi silahdan istifadə edilməsindən sonra Suriyaya hərbi müdaxiləni istisna etməyib.

Azərbaycanlı müğənninin 68 yaşlı atası efirdə ŞOU GÖSTƏRDİ - Zaur MƏƏTTƏL QALDI - VİDEO

9 Aprel 2018 17:55

"Şeron"un üzvü Rüstəm Zeynallı ötən həftənin şənbə günü valideyinləri ilə birgə "Zaurla Günaydın" verilişində qonaq olub. Rəqqas olduğunu deyən Rüstəmin atası Etibar bəy efirdə məharətini də göstərib. 

ABŞ müdafiə naziri Suriyada hərbi əmliyyatları istisna etməyib

9 Aprel 2018 17:52

Pentaqon Suriyanın Duma şəhərində dinc əhaliyə qarşı kimyəvi silahdan istifadə edilməsindən sonra Suriyaya hərbi müdaxiləni istisna etməyib.

Dövlət başçısı: “İslahatlar davam etdiriləcək”

9 Aprel 2018 17:51

“2018-ci ildə də islahatlar davam etdiriləcək, ölkədə biznes və sahibkarlıq mühiti yaxşılaşdırılacaq, kənd təsərrüfatı və qeyr-neft sektoru daha da inkişaf etdiriləcək”. Məlumata görə, bunu prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında yekun nitqində deyib.  Dövlət başçısı ərzaq təhlükəsizliyinin təmin olunması, aqro parkların yaradılması, kənd təsərrüfatının müxtəlif sahələrinin inkişafının əhəmiyyətini vurğulayıb.