22 məntəqəni birləşdirən yol yenidən qurulur
Vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədilə Quba rayonunda 22 yaşayış məntəqəsini birləşdirən avtomobil yolları yenidən qurulur. Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib. O bildirib ki, Quba rayonunda həyata keçirilən yol infrastrukturu layihələri 2 istiqamət üzrə 50 km uzunluğa malik avtomobil yollarını əhatə edir: “Bu başlanğıcını respublika əhəmiyyətli Quba-Xaçmaz avtomobil yolunun 13-cü km-dən götürən 17 km uzunluğa malik Hacıqayıb-Əhmədoba-Hacıhüseynli-Qımılpaşa-Alekseyevka-Gənclər qəsəbəsi və başlanğıcını M1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolundan götürən 33 km-lik İdrisqışlaq-Qasımqışlaq-Xaspolad-Zərqava-Aspərəsti-Çayqışlaq marşrutu üzrə uzanan yollardır.
9 Aprel 2018 18:30 SosialVətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədilə Quba rayonunda 22 yaşayış məntəqəsini birləşdirən avtomobil yolları yenidən qurulur. Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib. O bildirib ki, Quba rayonunda həyata keçirilən yol infrastrukturu layihələri 2 istiqamət üzrə 50 km uzunluğa malik avtomobil yollarını əhatə edir: "Bu başlanğıcını respublika əhəmiyyətli Quba-Xaçmaz avtomobil yolunun 13-cü km-dən götürən 17 km uzunluğa malik Hacıqayıb-Əhmədoba-Hacıhüseynli-Qımılpaşa-Alekseyevka-Gənclər qəsəbəsi və başlanğıcını M1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolundan götürən 33 km-lik İdrisqışlaq-Qasımqışlaq-Xaspolad-Zərqava-Aspərəsti-Çayqışlaq marşrutu üzrə uzanan yollardır.
Sözügedən yolların uzun müddət təmir olunmadan istismarı nəticəsində yolda çökmələr, deformasiyalar əmələ gəlmiş, yolun çınqıl və qara örtüyü tamamilə sıradan çıxmışdı, üstəgəl yol bəzi hissələrdə kənar relyefdən aşağı səviyyədədir. Sadalanan problemlərin dərhal aradan qaldırılması üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) hər iki marşrut üzrə lazımı sayda qüvvə cəlb etməklə təxirəsalınmaz tədbirlərə start verib.
Tikinti layihəsinə uyğun olaraq çiyinlərin bərpası, 240 paqon-metr uzunluğunda dairəvi dəmir-beton boruların quraşdırılması və izolyasiyası işləri də yerinə yetirilib. Daha sonra yol boyu 700 ədəd siqnal dirəyi, 148 ədəd yol nişanı, 17 ədəd km göstəricisi quraşdırılacaq, 51 km uzunluğunda xətlənmə işləri aparılacaq.
11 yaşayış məntəqəsini əhatə edən digər İdrisqışlaq-Qasımqışlaq-Xaspolad-Zərqava-Aspərəsti-Çayqışlaq avtomobil yolu da IV texniki dərəcəyə uyğun yenidən qurulur.
İdrisqışlaq-Qasımqışlaq-Xaspolad-Zərqava-Aspərəsti-Çayqışlaq marşrutu üzrə müasir yol infrastrukturunun yaradılması üçün icra olunan layihə çərçivəsində 148 ədəd yol nişanının, 33 ədəd km göstəricisinin və 1350 ədəd siqnal dirəyinin quraşdırılması, hərəkətin normal təşkili üçün yolcizgi və yolgöstərici xətlərin çəkilməsi nəzərdə tutulub". Axar.az