Salahdan daha bir uğur
9 Aprel 2018 18:24 İdmanİngiltərə Premyer Liqasında ayın ən yaxşı futbolçusunun adı bəlli olub. Ayın ən yaxşısı "Liverpul"un yarımmüdafiəçisi Məhəmməd Salah seçilib. Misirli futbolçu mart ayındakı çıxışı sayəsində azarkeşlərin səslərinin 80%-ni toplayıb. O, mart ayında 4 oyunda 6 qol vurub, 2 məhsuldar ötürmə edib.
Qeyd edək ki, Salah bu mövsüm artıq 4-cü dəfədir ayın ən yaxşı oyunçusu adına layiq görülür. Publika.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31