Doğulduğunuz aya görə sizə uğur qazandıracaq peşələr

Psixoloqlora görə doğulduğunuz ayın gələcəkdə sahib olacağınız peşəyə təsiri az deyil.

Yanvar ayında doğulan insanlar  qaydaları sevmirlər və işləmək üçün azad mühit axtarırlar. Sosial yönümlü işlərdə və aktyorluq sənətində uğurludurlar. Qısa zamanda aktyor və yaxud məşhur televizor ulduzuna çevrilə bilərlər.

Fevral ayında doğulan insanlar olduqca diqqətlidirlər. İndini yox gələcəyi düşünərək hərəkət edirlər. Bu ayda doğulan insanlar üçün ən uyğun peşələr, riyaziyyat müəllimliyi, mühəndislik və memarlıqdır.

Mart ayında doğulan insanlar əyləncəli, yaradıcı və aktivdirlər. Hər zaman idealları uğrunda çalışmağı sevirlər. İdman, rəqs, rejisorluq, komediyaçı kimi buna bənzər peşələrdə, xəyal gücü və yaradıcılıq qabiliyyəti istəyən işlərdə, uğur qazana bilərlər.

Aprel ayında doğulan insanlar daha məsuliyyətlidirlər və daima başqalarına kömək etməyə hazırdırlar. Onlar üçün ən uyğun peşələr siyasətçi, yanğınsöndürən, əsgər və bunun kimi böyük məsuliyyət tələb edən işlərdir.

May ayında doğulanlar özlərinə daima güvənən səbirli və mehriban insanlardır. Təbiəti və heyvanları çox sevirlər. Bu səbəbdən baytarlıq və biologiya sahələri onlar üçün çox uyğundur. Həmçinin arxeologiya sahəsindədə uğur qazanmaq ehtimalları çoxdur.

İyun ayında doğulanlar həssas və nəzakətli insanlardır. Dünyanın istənilən yerinə və fərqli mədəniyyətlərə tez bir zamanda uyğunlaşa bilərlər. Oxumaq üçün turizm, xarici dillər, beynalxalq münasibətlər və juranlistika seçilə bilər. Çünki bu işlər onların səyahət etmək və yeni insanlar tanımaq həvəsi ilə əlaqədardır.

İyul ayında doğulanların çox da sosial yönümlü insanlar olduğunu söyləmək olmaz. Bəzən çox sakit qalır və hadisələri analiz etmək üçün olduqca uzun vaxt sərf edirlər. Təbiətən çox həssas insanlardır. Ədəbiyyat kimi sahələrdə olduqca uğurludurlar. Başlıca olaraq rejisorluq, tarix və musiqi onlar üçün ideal seçimdir. İntellektual insanlardır və bunu əsərlərindədə yansıtmağı sevirlər.

Avqust ayında doğulanlar pulu və gücü digərlərinə nisbətən daha çox sevirlər. Komanda işində olduqca uğurludurlar. Biznes sahəsi ilə bağlı işlər onlar üçün uyğundur. Öz şirkətlərini qura bilmək üçün yüksək potensiala sahibdirlər.

Sentyabr ayında doğulanlar hər işi planlı şəkildə qururlar. Riski sevməsələr də ondan qorxmurlar. Kompyuter, texnologiya, riyziyyat və mühəndislik ilə bağlı sahələr onlar üçün idealdır.

Oktyabrda doğulan insanlar olduqca ünsiyyətcildir. Yaradıcılıq qabiliyyəti lazım olan işlərdə hər zaman ön plana çıxırlar. Onlar üçün ən ideal peşələr memarlıq, modelyerlik, yazıçı və buna bənzər işlərdir.

Noyabrda doğulanlar yaxşı analitik və strateqlərdir. Yaxşı bir cərrah, ginekoloq və siyasətçi ola bilərlər.

Dekabrda doğulanlar sosial yönümlü, maraqlı və əyləncəli insanlardır. Yazıçılıq və jurnalistlik onlara ən uyğun peşələrdir. Hətda maraqları onları yaxşı bir dedektivdə edə bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31