ABŞ müdafiə naziri Suriyada hərbi əmliyyatları istisna etməyib
Pentaqon Suriyanın Duma şəhərində dinc əhaliyə qarşı kimyəvi silahdan istifadə edilməsindən sonra Suriyaya hərbi müdaxiləni istisna etməyib.
9 Aprel 2018 17:52 DünyaPentaqon Suriyanın Duma şəhərində dinc əhaliyə qarşı kimyəvi silahdan istifadə edilməsindən sonra Suriyaya hərbi müdaxiləni istisna etməyib.
APA-nın CNN-ə istinadən verdiyi məlumata görə, bu barədə Pentaqon rəhbəri Ceyms Mattis bildirib. Nazir deyib ki, ABŞ kimyəvi silahdan istifadəyə cavab olaraq Bəşər Əsəd rejiminə qarşı hava zərbələrini istisna etmir.
Qeyd edək ki, ötən həftə sonu Suriyanın Şərqi Quta bölgəsindəki Duma şəhərində kimyəvi silahdan istifadə nəticəsində azı 70 nəfər ölüb. Ölənlərin sayının artacağı deyilir. Duma şəhəri Şərqi Qutada müxalif qüvvələrin nəzarətində olan son yaşayış məntəqəsidir. ABŞ, Avropa İttifaqı və Böyük Britaniya hadisəyə görə Suriyahökumətinin əsas dəstəkçiləri Rusiya və İranı da ittiham edib.