Türk Şurasının nümayəndə heyəti MSK-da olub

Bu gün Türk Şurası baş katibinin müavini Ömər Kocamanın rəhbərlik etdiyi nümayəndə heyəti Mərkəzi Seçki Komissiyasında (MSK) olub. 

Bu gün Türk Şurası baş katibinin müavini Ömər Kocamanın rəhbərlik etdiyi nümayəndə heyəti Mərkəzi Seçki Komissiyasında (MSK) olub. 

Azadinform sechki-2018.az saytına istinadən xəbər verir ki, MSK-nın sədri Məzahir Pənahov qonaqlara prezident seçkilərinə hazırlıq işləri barədə məlumat verib. Bildirib ki, aprelin 11-də 5 milyon 315 minə yaxın seçici 5 min 641 seçki məntəqəsində səs verəcək. Seçkiyə hazırlıq işləri yüksək səviyyədə görülüb, zəruri şərait yaradılıb. Seçkiləri 51 beynəlxalq kütləvi informasiya vasitəsinin 118 təmsilçisi işıqlandıracaq. 890 beynəlxalq müşahidəçi, 59 minə yaxın yerli müşahidəçi səsvermənin gedişini izləyəcək. 

Səsvermə günü iki qrup halında üç şəhərdə müşahidələr aparacaqlarını deyən Ömər Kocaman seçkilərə hazırlıqları yüksək qiymətləndirib. O qeyd edib ki, rəhbərlik etdiyi nümayəndə heyətinə 16 müşahidəçi daxildir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31