Azərbaycan xalqı öz seçimini müəyyənləşdirib

Prezident seçkilərinə sayılı günlər qalıb. Artıq seçkilərin təbliğat-təşviqat mərhələsi də başa çatmaq üzrədir. Demək olar ki, Azərbaycan əhalisinin səsvermə hüququ olan vətəndaşları artıq öz seçimlərini müəyyənləşdiriblər. Elə millət vəkili Sahib Alıyev də bu qənaətdədir.

Bu ölkəmizin inkişaf zəmanətçisi olan İlham Əliyevdir

Prezident seçkilərinə sayılı günlər qalıb. Artıq seçkilərin təbliğat-təşviqat mərhələsi də başa çatmaq üzrədir. Demək olar ki, Azərbaycan əhalisinin səsvermə hüququ olan vətəndaşları artıq öz seçimlərini müəyyənləşdiriblər. Elə millət vəkili Sahib Alıyev də bu qənaətdədir. O, bildirib ki, Azərbaycan elə də böyük ölkə olmadığından, demək olar ki, hamı hamını tanıdığından, bu 25 ildə 250 ildə baş verə biləcək proseslərdən keçdiyimizdən çoxumuz artıq kimə səs verəcəyimizi bilirik: "Və əminəm ki, mənim kimi kimə səs verəcəklərini bilənlərin çoxunun da seçimi cənab İlham Əliyevdir. Niyə İlham Əliyev? Mən ona görə İlham Heydər oğlu Əliyevə səs verəcəyəm ki, hamımızın fəxr etdiyimiz cağdaş Azərbaycanımız bizim üçün mirasdırsa, onun üçün əmanətdir. Bu dövləti quranın, Böyük Heydər Əliyevin, atasının əmanətidir. Fikrimcə, bu əmanətin qorunmasında heç kim cənab İlham Əliyev qədər həssas ola və bunun məsuliyyətini dərk edə bilməz. Mənim seçimim ona görə cənab İlham Əliyevdir ki, nə regiondan kənardakı, nə də regiondakı böyük güclər burada lider dövlət rolunda Azərbaycanı görmək istəmədikləri halda o, bunu etməyi bacardı. Azərbaycanı regionun liderinə və bu liderliyilə hamının hesablaşdığı ölkəsinə çevirdi. Bir anlığa təsəvvür edin ki, dünya dediyimiz 195 dövlətin olduğu planet yox, 195 evlik bir kənddir. Elə bir kənd

ki, kim güclüdür gedib gücsüzün evinə girir, altını-üstünə çevirir, orada yaşayanları əsir-yesir edir, bir-birinə qarşı qoyur, öldürür, didərgin salır. İndi görün bu kəndin ən təhlükəli məhəllələrindən birində yerləşən Azərbaycan adlı evimizi qorumaq, içində bir çoxlarında qibtə doğuran əmin-amanlıq yaratmaq, qolu zorlulara boyun əyməmək, burada da qarışıqlıq salmağa çalışanlara yerlərini göstərmək nə qədər çətindir. Düz 15 ildir ki, cənab İlham Əliyev bütün bu təhlükələrin öhdəsindən mətanətlə və ləyaqətlə gəlib, Azərbaycan adlı evimizin başçısı olaraq ən çeşidli yollarla buradakı əmin-amanlığımıza, təhlükəsizliyimizə uzanan əlləri kəsib. Elə bu səbəbdən də başçımız olaraq yenə onu görmək istəyirəm və 11 apreldə mən cənab İlham Əliyevə səs verəcəyəm". Millət vəkili qeyd edib ki, İlham Əliyev kimi liderlər indi dünyada barmaqla sayılacaq qədər azdır. Çünki cənab İlham Əliyev o liderlərdəndir ki, gücün siyasəti ilə deyil də, siyasətin gücüylə ölkəsini idarə edir, irəliyə aparır: "Aprel döyüşlərində ən önəmli olan heç də Lələ təpə qarışıq bir çox yüksəkliklərin ələ keçirilməsi, işğal altındakı topraqların bir bir hissəsinin azad edilməsi deyildi. Ən önəmlisi və ən çətini "Dağlıq Qarabağ probleminin savaş yoluya həlli mümkünsüzdür" söyləməklə həm regiondakı, həm regiondan qıraqdakı bütün böyük dövlətlərin açıq şəkildə belə

bir əməliyyatın əleyhinə çıxmalarına baxmayaraq onu başlatmaq və nəticələrini də həzm etdirmək idi. Bunun üçün qorxmazlıq, dəmir iradəylə yanaşı, böyük diplomatik bacarıq, uzaqgörənlik, veriləcək reaksiyaları, harada dayanmaq lazım gəldiyini dəqiliklə müəyyənləşdirmək, nəyi, nə zaman etməyi, hayların havadarlarını necə susdurmağı bilmək gərəkirdi. 2016-cı ilin aprelində biz bütün bu keyfiyyətlərin məhz cənab İlham Əliyevdə cəmləşdiyini gördük. Qarşıdakı illərdə də belə bir Prezidentimiz və Ali Baş Komandanımız olsun deyə 11 aprel seçkisində ona səs verəcəyəm". Sahib Alıyev hesab edir ki, hər hansı bir dövlətin müstəqil siyasət yeritməsi üçün gərəkən iqtisadi potensialı olmalıdır. Ancaq iqtisadi baxımdan Azərbaycandan güclü xeyli dövlət var ki, onların çoxu heç də müstəqil siyasət yeridə bilmirlər: "Çünki həmin dövlətlərin başında cənab İlham Əliyev kimi milli maraqları hər şeydən üstün tutan cəsarətli, təcrübəli və iradəli lider durmur. Bu 14 ildə bir dəfə görmədim ki, o, nəyisə edəcəm deyib etməsin. Bir dəfə olsun belə dilindən populistcəsinə nəsə səslənmədi. Sözünə and kimi yanaşdığından, əməli sözüylə, sözü potensialıyla üst-üstə düşdüyüyndən mən cənab İlham Əliyevi yenə də ölkəmin Prezidenti olaraq görmək istəyirəm. və 11 apreldə bu istəyimi öz səsimlə təsdiqləyəcəm. "Azərbaycan heç bir

zaman indiki kimi güclü olmayıb",-bu, cənab İlham Əliyevin fikridir və faktdır. O da faktdır ki, ən azı son 200 ildə regionun digər xalqları azərbaycanlılara da heç vaxt indiki kimi qibtəylə yanaşmayıblar. Ölkəmizin regionda liderə, azərbaycanlıların isə qibtə doğuran xalqa çevirilməsində böyük rolu olan cənab İlham Əliyevi mən yenə də dövlətimizin başında görmək istəyirəm. Əgər bir neçə il bundan öncə deyilsəydi ki, Rusiya və İran Azərbaycanın maraqlarına tam cavab verən, onu daha da gücləndirən, Ermənistanı isə dalana dirəyən, oradakı ekspertlərinin təbirincə desək, regiondan sürgün edən" addım atacaq, buna fantasmaqoriya kimi yanaşılardı. Ancaq hər iki böyük dövlətin şərq-qərb və şimal-cənub dəhlizinin Azərbaycandan keçməsi, ölkəmizin regionun nəqliyyat qovşağına çevirilməsi faktıyla təkcə barışmamaları, həm də onu dəstəkləmələri bu gün reallıqdır. Cəmisi bir neçə il budan öncənin fantasmaqoriyasını bu günün reallığı edən isə cənab İlham Əliyevdir". Millət vəkili deyib ki, İlham Əliyevin prezidentliyi dövründə təkcə iqtisadiyyatımız deyil, Azərbaycan vətəndaşlarının sayı da artıb: "Biz təqribən 1,5 milyon nəfər çoxaldıq və elə bir o qədər də hay indi Ermənistan adlanan torpaqları tərk edib getdi. Ona görə də dövlət başçımız deyəndə ki, biz bir gün İrəvana, Göyçəyə, Zəngəzura qayıdacağıq, buna bir ümid kimi yox,

qaçılmaz olan gələcək kimi baxıram. Hələ qədim çin strateqləri də bildirirdilər ki, ən qüdrətli sərkərdə ordunu hərəkətə gətirmədən qələbə çalan sərkərdədir. Məhz Prezidentimizin yeritdiyi siyasətin nəticəsidir ki, təcrid edilən, dalana dirənən haylar onlara ölkə edilən torpaqlarımızda yaşamağın prespektivsizliyini görüb oranı tərk edirllər. Əslində bu torpaqlarımızın qarış-qarış olmasa da, adam-adam, hay-hay təmizlənməsidir. Mən 11 apreldə Qarabağın qaytarılmasına, Ermənistan adlanan torpaqlara qayıtmamıza, bunu reallığa çevirəcək liderimizə, cənab İlham Əliyevə səs verəcəyəm".

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31