Vengerin çətin sınağı - Çempionlar Liqasına düşməsə...

İngiltərənin “Arsenal” komandası mövsümün sonunda baş məşqçi Arsen Venger ilə yollarını ayırmaq niyyətindədir. “Arsenal” bu mövsüm avrokuboklara qatılma şansı əldə edə bilməsə, bir mövsümlük müqavilə müddəti qalan təcrübəli məşqçinin vəzifəsinə son verəcək.

İngiltərənin "Arsenal" komandası mövsümün sonunda baş məşqçi Arsen Venger ilə yollarını ayırmaq niyyətindədir. "Arsenal" bu mövsüm avrokuboklara qatılma şansı əldə edə bilməsə, bir mövsümlük müqavilə müddəti qalan təcrübəli məşqçinin vəzifəsinə son verəcək.

Onun yerinə bir neçə namizədin adı qeyd edilib. Namizədlərdən ən çox şansı olan Lusian Favredir. Hazırda "Nays" komandasında çalışan Favrenin "Arsenal" üçün favorit olduğu bildirilir. Lakin bir müddətdir London komandasının almaniyalı baş məşqçi Tomas Tuçel ilə maraqlandığı da gələn bilgilər arasındadır.

Son 5 rəsmi maçtdan qalibiyyətlə ayrılan "Arsenal" bunun əvəzində Premyer Liqanın turnir cədvəlində 6-cı sırada yer alıb. Çempionlar Liqasına keçid üçün 13 xalı çatmayan "londonlular" Avropa Liqasında qalib gələcəyə təqdirdə, gələn mövsüm ÇL-ə qatıla biləcək.

Qeyd edək ki, A.Venger 22 ildir "Arsenal"da çalışır. Publika.az Fransanın "Lchr("39")Équipe" nəşrinə istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31