Gündəm

Çili silkələndi

10 Aprel 2018 15:50

Çilinin mərkəzi hissəsində Rixter cədvəli ilə 6,1 bal gücündə zəlzələ baş verib. Məlumata görə, yeraltı təkanlar Ovalye şəhərindən 35 kilometr cənubda, yerin 2 kilometr dərinliyində qeydə alınıb.

Göldə batan şəxsin cəsədi taplıb

10 Aprel 2018 15:50

Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi ərazisində süni göldə Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən aparılan axtarış işləri başa çatıb. Fövqəladə Hallar Nazirliyindən “Olaylar”a verilən məlumata görə, 03.04.2018-ci il tarixində göldə batdığı ehtimal edilən 1982-ci il təvəllüdlü Qurbanov Tərlan Hüseynalı oğlunun cəsədi dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Rəvan Həsənov: "Azərbaycandakı multikultural mühit şəffaf seçkilərin keçirilməsi üçün ideal şərait yaradır"

10 Aprel 2018 15:45

Azərbaycanda seçki prosesi beynəlxalq qanunvericiliyin tələblərinə tam uyğun həyata keçirilir. Bunu sechki-2018.az saytına açıqlamasında Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktor əvəzi Rəvan Həsənov bildirib.

Prezident seçkiləri günü Mətbuat Şurasında "qaynar xətt" fəaliyyət göstərəcək

10 Aprel 2018 15:43

Azərbaycan Mətbuat Şurası aprelin 11-də keçiriləcək Prezident seçkilərində jurnalistlərin prosesi işıqlandırmalarının monitorinqini aparacaq.

Azərbaycanın Moldova və Belarusdakı səfirlikləri seçkilərə tam hazırdır

10 Aprel 2018 15:41

Aprelin 11-də Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə əlaqədar ölkəmizin Belarus və Moldovadakı səfirliklərində bütün hazırlıq işləri yekunlaşıb.

Ceyson Kats: "Azərbaycanda prezident seçkiləri yüksək səviyyədə təşkil olunub"

10 Aprel 2018 15:40

2015-ci ildə Azərbaycanda keçirilən parlament seçkilərində də müşahidəçi kimi iştirak etmişəm. Həmin vaxt seçki prosesində fəal iştirak edən müşahidəçi idim. İnsanlarla söhbət etdim, təmaslar qurdum. Seçicilərin seçkiyə gəlişindən tutmuş bülletenlərin qutuya atılmasına qədər bütün prosesləri izlədim. O zaman olduğum məntəqələrdə heç bir problem qeydə alınmadı. Bunu Azərbaycanda prezident seçkilərində müşahidə aparacaq amerikalı ekspert, “Tool Shed Group”un rəhbəri Ceyson Kats sechki-2018.az saytına açıqlamasında deyib.

Türkiyədə yaşayan Azərbaycan vətəndaşlarının səs verməsinin təmin edilməsi üçün hazırlıq işləri başa çatıb

10 Aprel 2018 15:38

Türkiyədə yaşayan Azərbaycan vətəndaşlarının aprelin 11-də keçiriləcək Prezidenti seçkilərində səs verməsinin təmin edilməsi üçün hazırlıq işləri başa çatıb.

Həmidə Ömərova da dəyişildi- VİDEO

10 Aprel 2018 15:36

Xalq artisti Həmidə Ömərova imicində dəyişiklik etdirib. Məlumata görə, onun yeni görnüşü üzərində stilist Anar Ağakişiyev çalışıb.

Sumqayıtda tanınmış həkim vəfat etdi

10 Aprel 2018 15:34

Sumqayıt səhiyyəsinə ağır itki üz verib. Məlumata görə,  tanınmış həkim Famil Əhmədov ötən gün 63 yaşında dünyasını dəyişib. Mərhumun uzun müddətdir ki, xroniki xəstəliklərdən əziyyət çəkdiyi deyilir.

O toyda Rövşən Lənkəranski də var idi... - 18 il əvvəlin VİDEOSU

10 Aprel 2018 15:33

2016-cı ildə Türkiyənin İstanbul şəhərində qətlə yetirilən Rövşən Lənkəranskinin yeni görüntüləri yayılıb. Rövşən Canıyev Lənkəranda keçirilən toyların birində iştirak edir.

Türkiyəli ekspert: "Aprelin 11-də Azərbaycan demokratik dəyərlərə sadiqliyini bir daha nümayiş etdirəcək"

10 Aprel 2018 15:31

Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonra iki qardaş ölkə arasında əlaqələr ən yüksək səviyyəyə çatıb. Əminəm ki, aprelin 11-də Azərbaycan keçiriləcək seçkilərdən sonra da bu əməkdaşlıq münasibətləri uğurla genişlənəcək. Bunu sechki-2018.az saytına açıqlamasında enerji məsələləri üzrə ekspert, Mersin Universitetinin müəllimi Azime Telli Serpin bildirib.

Səftər Rəhimli: "Seçkilərin şəffaf keçirilməsi üçün lazımi addımlar atılıb"

10 Aprel 2018 15:30

Azərbaycanda aprelin 11-də keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürən şəxslərə öz təbliğat və təşviqat kampaniyalarını aparmaq üçün bərabər imkanlar yaradıldı. Hər bir namizəd üçün pulsuz efir vaxtı ilə yanaşı, onların seçicilərlə görüşlərinin keçirilməsi üçün xüsusi yerlər də ayrıldı.

İsa Həbibbəyli: "Demokratik mühit seçkilərin ədalətli keçəcəyinə təminat verir"

10 Aprel 2018 15:27

Azərbaycanda prezident seçkilərinin demokratik şəkildə keçirilməsi üçün hər cür şərait yaradılıb. Bu sözləri sechki-2018.az saytına açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli deyib.

Rusiyada yaradılan seçki məntəqələri prezident seçkilərinə tam hazırdır

10 Aprel 2018 15:26

Rusiyada yaşayan, işləyən və təhsil alan Azərbaycan vətəndaşları aprelin 11-də keçiriləcək Azərbaycan Respublikası Prezidenti seçkilərində fəal iştirak edəcəklər.

Türkiyədən Lavrova cavab: "Afrində qalacağıq"

10 Aprel 2018 15:23

Türkiyənin müdafiə naziri Nurettin Canikli Afrindəki son vəziyyətlə bağlı açıqlama verib. Türkiyənin müdafiə naziri Afrində terror təhlükəsinin davam etdiyini deyib.  Nazir qeyd edib ki, işimiz bitənə qədər orda qalmağa davam edəcəyik.