Gündəm

“Akşam” qəzeti: "Türkiyə Azərbaycandakı seçkiləri yaxından izləyir"

10 Aprel 2018 16:16

Türkiyənin “Akşam” qəzeti Azərbaycanda keçiriləcək prezident seçkilərindən yazıb. Məqalədə 8 namizədin prezidentlik uğrunda mübarizə aparacağı qeyd olunur.

BƏƏ səfiri 10 milyon pulla saxlanıldı - Çevriliş planı

10 Aprel 2018 16:13

Somalinin paytaxtı Moqadişuda BƏƏ-dən gələn təyyarədən endirilən çantalar mühafizə əməkdaşlarının şübhələnməsinə səbəb olub.

İngiltərə kraliçası Məhəmməd peyğəmbərin nəslindəndir - Şok

10 Aprel 2018 16:12

İngiltərə kraliçası Yelizavetanın soykökü 43 nəsil əvvəldə Məhəmməd peyğəmbərin nəslinə söykənir. Bununla bağlı ingilis alimlərin 1986-cı ildə üzə çıxardığı faktlar “Al-Ousboue” adlı Mərakeş nəşrində yayımlandıqdan sonra gündəmə gəlib.

Mübariz Qurbanlı indoneziyalı jurnalisti qəbul edib

10 Aprel 2018 16:10

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı aprelin 10-da İndoneziyanın “Trans 7” telekanalının prodüseri Nadria Fitrianı qəbul edib. Dini Komitənin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, görüş zamanı Dövlət Komitəsinin sədri Azərbaycanda olan dini tolerantlıq mühiti, milli-mənəvi dəyərlərə qayğı və dövlətin bu istiqamətdə yürütdüyü siyasət barədə sualları cavablandırıb.

Bəhreyn Krallığının xarici işlər nazirinin müavini SAM-da olub

10 Aprel 2018 16:09

Bəhreyn Krallığı xarici işlər nazirinin beynəlxalq məsələlər üzrə müavini şeyx Abdullah bin Əhməd Al Xəlifə Azərbaycana iki günlük səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) qonağı olub.

Masallının daha bir kəndinə ilk dəfə təbii qaz verilib

10 Aprel 2018 16:09

Masallı rayonunun Qodman kəndinə ilk dəfə təbii qaz verilib. “OLAYLAR” “Azərqiqaz” İstehsalat Birliyinə istinadən xəbər verir ki,  bu məqsədlə keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.  Bildirilmişdir ki, 297 abonenti kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu  1 242  metr müxtəlif diametrli polietilen və ümumi uzunluğu 26 792 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Yunanıstan səfiri Bilik Fondunda

10 Aprel 2018 16:07

Aprelin 10-da Yunanıstan Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Nikolaos D.Kanellos Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun qonağı olub. Bilik Fondunun icraçı direktoru Oktay Səmədov və əməkdaşları, Bakı Slavyan Universitetinin Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin yunanşünaslıq ixtisası üzrə təhsil alan təcrübəçi tələbələri ilə görüşən səfirə Fondun fəaliyyəti barədə ətraflı məlumat verilib. İcraçı direktor beynəlxalq layihələrdən söz açaraq, xarici ölkə səfirləri, nümayəndələri ilə Bilik Fondunda keçirilən işgüzar görüşlərin ənənəyə çevrildiyini vurğulayıb.

“Məzəli foto” nun Beynəlxalq uğuru

10 Aprel 2018 16:06

Ukraynanın paytaxtı Kiyev şəhərində keçirilən “ГаШоТю” IV Beynəlxalq Komediya Sənəti Festivalı sona çatıb. Ən yaxşı qısametrajlı komediya filmi, komedik pyes, məzəli hekayə və məzəli foto nominasiyaları üzrə Ukrayna, Polşa, Fransa, Rusiya, İsrail və digər ölkələr ilə yanaşı festivalda Azərbaycan da finala vəsiqə alıb. Festivalın təşkilat komitəsində yer alan “Atropatena Films Prodakşın”ın rəhbəri, rejissor və ssenarist Tərlan Göycəli bildirib ki, festivala fəxri qonaq qismində dəvət olunan Arzu Mürvətova Azərbaycanı “Məzəli foto” nominasiya üzrə təmsil edib. Beynəlxalq Teatr günü festivalın rəsmi açılışında finalçı Arzu Mürvətova tərəfindən hazırlanan Bakı haqqında qısametrajlı çarx tamaşaçılar tərəfindən yüksək qiymətləndirilib.

Rusiyaya qarşı layihə hazırlanır - Poroşenkodan ANONS

10 Aprel 2018 16:06

Kiyev Rusiya biznesmenlərinə qarşı sanksiyalar tətbiq edəcək. Bu haqda Ukrayna prezidenti Pyotr Poroşenko bildirib. “Bir neçə gün əvvəl Ukrayna Təhlükəsizlik Xidməti, Nazirlər Kabineti, Milli Təhlükəsizlik və Müdafiə Şurasına müvafiq qərar layihəsinin hazırlanması üçün tapşırıq vermişəm.

Lidiya Qumerova: "Azərbaycan xalqı seçkilərə hər zaman məsuliyyətlə yanaşır"

10 Aprel 2018 16:05

Aprelin 10-da Rusiya Federasiyası Federal Məclisinin nümayəndə heyəti Azərbaycanın Mərkəzi Seçki Komissiyasında olub.  Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qonaqlara prezident seçkilərinə hazırlıq işləri barədə məlumat verib. Sədr qeyd edib ki, aprelin 11-də 5 milyon 315 minə yaxın seçici 5641 seçki məntəqəsində səs verəcək. Səsvermənin gedişini 894 beynəlxalq, 59 minə yaxın yerli müşahidəçi izləyəcək. Bundan başqa, 51 beynəlxalq kütləvi informasiya vasitəsinin 118 təmsilçisi seçkiləri işıqlandıracaq. MSK sədri bütün KİV nümayəndələrinə və müşahidəçilərə seçkiləri izləmək üçün hər cür şəraitin yaradıldığını bildirib.

ETSN: "Abşeronda subasmaların aktivləşməsi torpaqların şoranlaşmasına səbəb olub"

10 Aprel 2018 16:03

“Bilgəh qəsəbəsi 28 may küçəsində və ətraf ərazilərdə subasma sahələrində aktivlik müşahidə olunur”. Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov deyib.

Əməkdar artist sosial şəbəkələrin bağlanması istəyir

10 Aprel 2018 16:01

Əməkdar artist Aybəniz Haşımova Azərbaycanda sosial şəbəkələrin bağlanmasını istəyir. Müğənni bu barədə sosial şəbəkə hesabında yazıb. 

Güclü geomaqnit qasırğası gözlənilir

10 Aprel 2018 16:00

Bu gün və qarşıdan gələn günlərdə geomaqnit həyəcanlaşması olacaq. Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Elçin Babayev  bildirib ki, hazırda əsas geomaqnit indekslərindən biri olan Kp-nin qiyməti 4-dür (maksimum 9 olur), lakin daha da artacaq. 

Külli miqdarda bəyan olunmamış mallar aşkar edilib

10 Aprel 2018 15:52

Dövlət Gömrük Komitəsi əməkdaşlarının apardığı risk təhlilləri nəticəsində külli miqdarda bəyan olunmamış malların sərbəst dövriyyəyə buraxılmasının qarşısı alınıb. Komitədən “Olaylar”a verilən məlumata görə, risklərin müəyyən edilməsi, onların təhlükəlilik ehtimalının və dövlətin iqtisadi, sosial və digər maraqlarına dəyə biləcək zərərin qiymətləndirilməsi, eləcə də riskə məruz qalmanın azaldılması və qarşısının alınması məqsədilə Dövlət Gömrük Komitəsində yaradılmış xüsusi risk qrupu tərəfindən müvafiq təhlillər aparılır.