Bəhreyn Krallığının xarici işlər nazirinin müavini SAM-da olub

Bəhreyn Krallığı xarici işlər nazirinin beynəlxalq məsələlər üzrə müavini şeyx Abdullah bin Əhməd Al Xəlifə Azərbaycana iki günlük səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) qonağı olub.

Bəhreyn Krallığı xarici işlər nazirinin beynəlxalq məsələlər üzrə müavini şeyx Abdullah bin Əhməd Al Xəlifə Azərbaycana iki günlük səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) qonağı olub. "OLAYLAR" SAM-a istinadən xəbər verir ki, SAM-ın direktoru Fərhad Məmmədov qonaqları salamlayaraq, iki ölkə arasındakı müxtəlif sahələri əhatə edən qarşılıqlı əməkdaşlığın hazırkı durumu, eləcə də diplomatik münasibətlərin tarixi inkişaf dinamikasından bəhs etmiş və Bəhreyn Krallığının Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycana göstərdiyi dəstəyi xüsusilə qiymətləndirib.

Görüş zamanı şeyx Abdullah bin Əhməd Al Xəlifə Bəhreyn Strateji, Beynəlxalq və Enerji Araşdırmaları Mərkəzinin Qəyyumlar Şurasının (DERASAT) sədri qismində SAM-ın fəaliyyəti ilə yaxından tanış olmuş, Mərkəzin elmi fəaliyyət istiqamətləri və gələcək əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparıb. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31