Gündəm
MSK: "Müşahidə aparmaq istəyən heç kimə mənfi cavabı verilməyib"
"125 seçki dairəsi, 5641 seçki məntəqəsi seçkilərə hazırdır. Bu seçki məntəqələrindən 41-i ölkə xaricində yaradılıb". Məlumata görə, bunu bu gün keçirilən mətbuat konfransında Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib.
Xarici vətəndaşlar bu il Azərbaycanda 190 milyon manatdan artıq pul xərcləyiblər
Azərbaycana gələn xarici vətəndaşlar tərəfindən bank kartları vasitəsilə bu ilin yanvar ayında 99,798,809 manat, fevral ayında 91,128,890 manat, ümumilikdə isə 190,927,699 manat məbləğində əməliyyat aparılıb.
Seçkiləri 51 xarici KİV-dən 118 jurnalist işıqlandıracaq
"Azərbaycanda keçirilən prezident seçkilərini 51 xarici KİV-dən 118 təmsilçi işıqlandıracaq". Məlumata görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib.
Regionlarda ödənişsiz “Abituriyent Məsləhət Mərkəzləri” yaradılıb
Məşhur “Lalələr” mahnısının bilmədiyimiz maraqlı tarixçəsi- VİDEO
Bu gün bir çoxlarımızın dinlədiyi, lakin nə vaxt, hansı səbəbdən yazıldığını bilmədiyiniz “Lalələr” mahnısının olduqca maraqlı tarixinə nəzər yetirək.
Bakı-Novorossiysk kəməri ilə neft nəqli dayandırılıb
Azərbaycanın Siyəzən qəbul-çatdırılma məntəqəsindən Dağıstanın Samur qəbul çatdırılma məntəqəsi istiqamətində Bakı-Novorossiysk neft boru kəməri ilə neftin göndərilməsi texniki səbəblərdən dayandırılıb. Məlumata görə, bu barədə “Transneft” şirkətinin prezidentinin müşaviri, mətbuat katibi İqor Demin bildirib.
Astara-Astara beynəlxalq dəmir yolu vasitəsilə yüklərin daşınması üçün müraciətlərin sayı artıb
Azərbaycan və İran Dəmir Yolları İdarəsi və Gömrük rəhbərliyi müştərək iclas keçirib. Mlumata görə, ötən gecə İranın Astara şəhərində dəmir yolu yükləmə terminalında baş tutan görüşdə Astara (Azərbaycan)- Astara (İran) dəmir yolu layihəsinin son vəziyyəti haqqında müzakirə aparılıb. Görüşdə İranın Astara şəhərinin meri Yunis Rənckeş, Gilan əyalətinin Gömrüyə nəzarət idarəsinin rəhbəri Əbulqsilm Yusifinejad və Azərbaycanın Dəmir Yolları Cəmiyyətinin nümayəndələri iştirak edib.
Turabi Ergün: "Azərbaycan xalqının ən layiqli namizədə səs verəcəyinə əminəm"
Türkiyə bütün məsələlərdə Azərbaycan ilə həmrəylik nümayiş etdirir. Qardaş ölkələrimiz hər zaman bir-birinə dəstək verir. Aprelin 11-də qardaş Azərbaycan xalqının ən layiqli namizədə səs verəcəyinə əminəm.
“The Washington Times”: "Azərbaycan Qərb üçün niyə əhəmiyyətli sayılır?"
“The Washington Times” qəzetində Avropa Siyasəti Analiz Mərkəzinin baş eksperti Yanuş Buqayskinin müəllifi olduğu “Azərbaycan Qərb üçün niyə əhəmiyyətli sayılır?” başlıqlı məqalə dərc olunub. Yazıda bildirilir ki, aprelin 11-də Azərbaycan xalqı ölkə tarixinin vacib bir mərhələsi ərəfəsində prezident seçkiləri ilə bağlı səs verəcək:
İran XİN başçısı Trampın ittihamlarına cavab verib
İran xarici işlər naziri Məhəmməd Cavad Zərif ABŞ prezidenti Donald TrampınSuriyadakı kimyəvi hücumda Tehranın rolunun olmasına dair iddialarını təkzib edib. O, İranın həmişə kimyəvi silahdan istifadənin əleyhinə olduğunu deyib.
FİFA futbola daha bir qadağa gətirir: BUNDAN SONRA...
Dünya futbolunun patronu FİFA klubların son dövrlərdə futbolçuların icarə əsasında göndərilməsindən sui-istifadə etdiyini iddia edir. Ali futbol qurumu icarə əsasında aparılan transferlərə müdaxilə etməyə hazırlaşır.
Narkotik maddə yeyən qoyunlar kəndin altını üstünə çevirdilər
İngiltərənin Ridipandi kəndində maraqlı hadisə qeydə alınıb. Otlayan qoyunlar narkotik maddə yeyiblər və kəndi bir-birinə qatıblar. Kənd nümayəndəsi Riçard bildirib ki, qoyunlar kəndə ciddi ziyan vurublar: "Qoyunlar küçələrdə o yana bu yana qaçışır, baxçalara girir. Hətta biri evə girərək evi dağıdıb".
“Bakı EXPO 2025” layihəsinin təqdimatı keçirilib
Aprelin 10-da Azərbaycan Respublikası Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Gənclər və İdman Nazirliyi və “Bakı EXPO 2025” Əməliyyat Katibliyinin nümayəndələri Azərbaycan Dillər Universitetində “SABAH” qruplarının və “BİR” Tələbə Könüllü proqramının dəstəyi ilə tələbələrə “EXPO 2025” Ümumdünya Sərgisi haqqında təqdimat ediblər.
Nazirlik neft hasilatı ilə bağlı məlumatları açıqladı
Energetika Nazirliyi Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv olan və kartelə daxil olmayan ölkələrin neft hasilatının azaldılması ilə bağlı Vyana razılaşmasına uyğun olaraq Azərbaycanın cari ilin mart ayı ərzində gündəlik neft hasilatı ilə bağlı məlumatlarını OPEC-in Birgə Monitorinq Komitəsinin Müştərək Texniki Komissiyasına təqdim edib. Nazirlikdən “Olaylar”a verilən məlumata görə, həmin məlumatlara əsasən, cari ilin mart ayı ərzində respublika üzrə gündəlik neft hasilatı 794 min barrel olub.
Prezident seçkilərini 894 beynəlxalq müşahidəçi izləyəcək
Aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyası (MSK) və dairə seçki komissiyaları tərəfindən akkreditə olunmuş müşahidəçilərin sayı açıqlanıb. Sechki-2018.az saytının xəbərinə görə, prezident seçkiləri ilə əlaqədar 894 beynəlxalq müşahidəçi akkreditə olunub.














