“Bakı EXPO 2025” layihəsinin təqdimatı keçirilib

Aprelin 10-da Azərbaycan Respublikası Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Gənclər və İdman Nazirliyi və “Bakı EXPO 2025” Əməliyyat Katibliyinin nümayəndələri Azərbaycan Dillər Universitetində  “SABAH” qruplarının və “BİR” Tələbə Könüllü proqramının dəstəyi ilə tələbələrə “EXPO 2025” Ümumdünya Sərgisi haqqında təqdimat ediblər.

Aprelin 10-da Azərbaycan Respublikası Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Gənclər və İdman Nazirliyi və "Bakı EXPO 2025" Əməliyyat Katibliyinin nümayəndələri Azərbaycan Dillər Universitetində  "SABAH" qruplarının və "BİR" Tələbə Könüllü proqramının dəstəyi ilə tələbələrə "EXPO 2025" Ümumdünya Sərgisi haqqında təqdimat ediblər.

Tədbiri giriş sözü ilə açan ADU-nun Tərbiyə işləri üzrə prorektoru vəzifəsini icra edən Sərraf Hüseynov müasir dövrdə insanlar arasında mədəni mübadilə, dostluq münasibətlərinin qurulması ilə xarakterizə olunan sərgi hərəkatının hökm sürdüyünü deyib.

Gənclərvə İdmanNazirliyi, Beynəlxalqstandartlarıntətbiqibölməsininmüdiri, EXPOSəhiyyəMövzusununekspertiMəryəmQafarzadə bildiribki, "Bakı EXPO 2025" innovasiyaların, yeniicadların,eynizamanda ölkə mədəniyyətininnümayiş olunacağı layihədir.

TəhsilNazirliyininsektormüdiri, EXPOTəhsilMövzusununekspertiCəsarətValehliqeydedibki, ölkəmizinÜmumdünyaEkspo 2025 sərgisinə evsahibliyigələcəkdə keçiriləcəkböyükbeynəlxalqtədbirlərintəşkilindəzəngintəcrübənindavamı olacaq.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Məşğulluq və demoqrafiya şöbəsinin müdir müavini, EXPO Məşğulluq Mövzusunun eksperti Rəna Abdullayeva "Nailiyyət: Məşğulluğun gələcəyi" adlı təqdimatında qloballaşma, dünya əmək bazarında mövcud vəziyyət, virtual iş yerləri barədə çıxış edib.

Tədbirdə Azərbaycanın mədəniyyəti, tarixi və ölkəmizin ev sahibliyi etdiyi tədbirləri əks etdirən videoçarx nümayiş olunub.

Xatırladaq ki, Azərbaycan milli pavilyonla ilk dəfə Heydər Əliyev Fondunun dəstəyi ilə "Milan Ekspo 2015" Ümumdünya Sərgisində iştirak edib. Azərbaycan daha sonra "Antalya Expo 2016" və "Astana Expo 2017" beynəlxalq sərgilərində yüksək səviyyədə təmsil olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31