Türkiyəli ekspert: "Aprelin 11-də Azərbaycan demokratik dəyərlərə sadiqliyini bir daha nümayiş etdirəcək"
Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonra iki qardaş ölkə arasında əlaqələr ən yüksək səviyyəyə çatıb. Əminəm ki, aprelin 11-də Azərbaycan keçiriləcək seçkilərdən sonra da bu əməkdaşlıq münasibətləri uğurla genişlənəcək. Bunu sechki-2018.az saytına açıqlamasında enerji məsələləri üzrə ekspert, Mersin Universitetinin müəllimi Azime Telli Serpin bildirib.
10 Aprel 2018 15:31 SiyasətAzərbaycanın müstəqilliyini bərpa etməsindən sonra iki qardaş ölkə arasında əlaqələr ən yüksək səviyyəyə çatıb. Əminəm ki, aprelin 11-də Azərbaycan keçiriləcək seçkilərdən sonra da bu əməkdaşlıq münasibətləri uğurla genişlənəcək. Bunu sechki-2018.az saytına açıqlamasında enerji məsələləri üzrə ekspert, Mersin Universitetinin müəllimi Azime Telli Serpin bildirib.
Azime Telli Serpin deyib ki, bu gün Azərbaycan regionun ən güclü ölkəsidir: "Azərbaycanın və Türkiyənin təşəbbüsü ilə qlobal layihələr uğurla həyata keçirilir. Bu səbəbdən Azərbaycandakı seçkilər regional əhəmiyyətə malikdir. Əminəm ki, bu seçkilər Azərbaycanın demokratik dəyərlərə sadiqliyini bir daha nümayiş etdirəcək".