İsa Həbibbəyli: "Demokratik mühit seçkilərin ədalətli keçəcəyinə təminat verir"
Azərbaycanda prezident seçkilərinin demokratik şəkildə keçirilməsi üçün hər cür şərait yaradılıb. Bu sözləri sechki-2018.az saytına açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli deyib.
10 Aprel 2018 15:27 SiyasətAzərbaycanda prezident seçkilərinin demokratik şəkildə keçirilməsi üçün hər cür şərait yaradılıb. Bu sözləri sechki-2018.az saytına açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli deyib. Akademik bildirib ki, müstəqillik dövründə ölkəmizdə azad və demokratik seçki mühiti formalaşıb. Azərbaycan geniş və zəngin seçki təcrübəsi olan ölkədir.
Ölkəmizdə seçki mədəniyyətinin daha da yüksəldiyini, seçici fəallığının artığını deyən İ.Həbibbəyli qeyd edib ki, seçicilər öz hüquqlarını və vəzifələrini yaxşı bilirlər. "Seçicilərin əksəriyyəti siyasətçilər qədər aydın siyasi dünyagörüşünə malikdir. Ölkə vətəndaşlarının aydın və qəti mövqeyi var",- deyə İsa Həbibbəyli bildirib.
İ.Həbibbəyli vurğulayıb ki, Azərbaycanda yaradılan demokratik mühit prezident seçkilərinin şəffaf və ədalətli keçəcəyinə tam təminat verir.