Rəvan Həsənov: "Azərbaycandakı multikultural mühit şəffaf seçkilərin keçirilməsi üçün ideal şərait yaradır"

Azərbaycanda seçki prosesi beynəlxalq qanunvericiliyin tələblərinə tam uyğun həyata keçirilir. Bunu sechki-2018.az saytına açıqlamasında Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktor əvəzi Rəvan Həsənov bildirib.

O qeyd edib ki, ölkə ictimaiyyətinin, həmçinin beynəlxalq təşkilatların seçki prosesinə münasibəti birmənalıdır. Ölkədə keçirilən seçkilərin nəticələri hər zaman xalqın iradəsini əks etdirib. Seçkiqabağı təbliğat-təşviqat kampaniyası müddətində bütün namizədlərə bərabər imkanlar yaradıldı.

Azərbaycanda sabit və multikultural mühitin olduğunu qeyd edən R.Həsənov deyib: "Ölkəmizdəki bu cür mühit tam şəffaf və demokratik seçkilərin keçirilməsi üçün ideal şərait yaradır. Azərbaycanda ədalətli seçkilərin keçirilməsi üçün bütün imkanlar mövcuddur. Seçki qanunvericiliyi təkmilləşdirilib".  

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31