Azərbaycanın Moldova və Belarusdakı səfirlikləri seçkilərə tam hazırdır
Aprelin 11-də Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə əlaqədar ölkəmizin Belarus və Moldovadakı səfirliklərində bütün hazırlıq işləri yekunlaşıb.
10 Aprel 2018 15:41 SiyasətAprelin 11-də Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə əlaqədar ölkəmizin Belarus və Moldovadakı səfirliklərində bütün hazırlıq işləri yekunlaşıb. Bu barədə Azərbaycanın həmin ölkələrdəki səfirliklərindən məlumat verilib.
Qeyd edilib ki, vətəndaşlarımızın azad, demokratik şəraitdə səs vermələri üçün hər cür şərait yaradılıb. Aprelin 11-də Moldovada və Belarusda müvəqqəti yaşayan, xidməti ezamiyyətdə olan, bu ölkədə təhsil alan Azərbaycan vətəndaşları səs verəcəklər.
Səsvermə səhər saat 8-də başlayacaq, axşam 19:00-da başa çatacaq. Sechki-2018.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31