Səftər Rəhimli: "Seçkilərin şəffaf keçirilməsi üçün lazımi addımlar atılıb"
Azərbaycanda aprelin 11-də keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürən şəxslərə öz təbliğat və təşviqat kampaniyalarını aparmaq üçün bərabər imkanlar yaradıldı. Hər bir namizəd üçün pulsuz efir vaxtı ilə yanaşı, onların seçicilərlə görüşlərinin keçirilməsi üçün xüsusi yerlər də ayrıldı.
10 Aprel 2018 15:30 SiyasətAzərbaycanda aprelin 11-də keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürən şəxslərə öz təbliğat və təşviqat kampaniyalarını aparmaq üçün bərabər imkanlar yaradıldı. Hər bir namizəd üçün pulsuz efir vaxtı ilə yanaşı, onların seçicilərlə görüşlərinin keçirilməsi üçün xüsusi yerlər də ayrıldı. Ümumilikdə deyə bilərik ki, bu günə qədər ölkəmizdə həyata keçirilən seçki prosesi zamanı heç bir mənfi hal müşahidə edilməyib. Bu fikirləri sechki-2018.az saytına açıqlamasında Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının üzvü, beynəlxalq hüquq mütəxəssisi, fəlsəfə doktoru Səftər Rəhimli deyib.
O qeyd edib ki, ölkəmizdə seçkilərin şəffaf və demokratik keçirilməsi üçün lazımi addımlar atılıb: "Belə ki, məntəqələrə veb-kameraların quraşdırılması, mətbuatın seçki prosesini izləməsinin təmin olunması və digər addımlar müsbət xarakterizə olunur. Bildiyiniz kimi Azərbaycanda keçiriləcək prezident seçkilərində 4 təşkilat "exit-poll" keçirmək üçün Mərkəzi Seçki Komissiyasına müraciət edib və qeydiyyata alınıb. Eyni zamanda beynəlxalq müşahidəçilərin seçki prosesini izləməsi təmin edilib və onların seçkiqabağı monitorinq keçirməsi üçün şərait yaradılıb. Bir sıra beynəlxalq təşkilatlar açıqladıqları aralıq hesbatlarda prosesə müsbət rəy veriblər. Bu faktları nəzərə alaraq Azərbaycanda seçki mühitin müsbət qiymətləndirirəm".
S. Rəhimli əlavə edib edib ki, Azərbaycanda seçki mədəniyyəti formalaşıb və bu tendensiya əhəmiyyətli siyasi proseslər üçün çox önəmli faktordur: "Əminəm ki, sabah keçiriləcək seçkilərdə ən layiqli namizəd qalib olacaq".