Gündəm

"Paşinyanın bəyanatları qorxu içində səsləndirilmiş bəyanatlardır" - Politoloq

27 İyul 2018 16:29

"Ermənistanın küçə meydanından birbaşa hakimiyyətə gələn baş naziri hal-hazırda çox çaşqın bir vəziyyətdədir. Paşinyanı hakimiyyətə gətirən xalq ümid edirdi ki, o, erməni xalqının sosial problemlərini həll edəcək. Lakin bu gün Ermənistanın boşalmış büdcəsi və Paşinyanın siyasətdə naşılığı xalqın sosial problemlərini həll etməyə imkan vermir. Sarkisyan ölkədə ki, sosial gərginlik vəziyyətindən fikiri yayındırmaq üçün hər dəfə Dağlıq Qarabağla bağlı cəfəng fikirlər ortaya atırdı. Biz bu gün Paşinyanın təcrübəsiz siyasətində də bu addımı görürürük". Bu fikirləri Olaylar.az-a açıqlamasında Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, BMAM sədri Rufiz Qonaqov deyib.

Politoloq: "Paşinyanın iddiaları sərsəm fikirlərdən başqa bir şey deyil"

27 İyul 2018 16:13

"Ermənistanın baş naziri Nikol Paşinyanın "Exo Moskvı" radiosuna müsahibəsində səsləndirdiyi fikirlər qeyri-obyektiv və gülüncdür". Bunu politoloq, Qərb-Xəzər Universitetinin professoru Fikrət Sadıxov deyib.