“Paşinyan hamını inandırmağa çalışır ki…” - Politoloq

"Paşinyanın Qarabağ məsələsi ilə bağlı fikirləri gülünc və absurddur. O, sadəcə məsuliyyətdən boyun qaçırmaqla məşğuldur. Paşinyan yaxşı anlayır ki, istər müharibə, istərsə də kompromisə getmək onun hakimiyyətdən getməsinə səbəb olacaq".

Bu fikirləri Olaylar.az-a açıqlamasında politoloq Zaur Məmmədov deyib.

O, bildirib ki, Ermənistanda vəziyyət o dərəcəyə çatıb ki, Rusiyani müharibənin başlanmasının qarantı adlandırırlar: " Ermənistan başa düşməlidir ki, Dağlıq Qarabağ məsələsinin həlli mərhələli həldir".

Politoloqun sözlərinə görə, Paşinyan hamını inandırmağa çalışır ki, münaqişədə Azərbaycanın hərbi müharibə rutorikasi nizamlanmanın yubadılmasına gətirib çıxaran əsas amillərdəndir: "Paşinyan gülməli bəyanatlarla çıxış edərək söyləyir ki, ermənilər yalnız sülh yolu ilə münaqişənin həllində maraqlıdırlar. Azərbaycan torpaqlarını isğal edən və bizə qarşı etnik təmizləmə aparan Ermənistan olaraq əlbətdə ki, sülh yolunun tərəfdarı olacaqlar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31