Ermənistanda seçicilərə rüşvət paylayan şəxs tutulub
27 İyul 2018 16:52 DünyaErmənistanda seçkiqabağı təbliğat kampaniyası zaman seçicilərə pul paylayan Yegine Porqraryan həbs edilib.
Bu barədə Xüsusi İstintaq Xidmətindən bildirilib.
O, 2017-ci ildə Yerevan Ağsaqqallar Şurasına seçkilər zamanı seçicilərin hər birinə Taron Marqaryana səs vermələri üçün 20 dollar rüşvət təklif edib.
Qeyd edək ki, Tarona Marqaryan Yerevanın meri seçilib. Aprel hadisələrindən sonra istefa verməyəcəyini bidlirsə də, iyulun 9-da tutduğu vəzifəni tərk edib.
Qeyd edək ki, Ermənistan cəmiyyəti onu "Zibiliks" adlandırır.
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31