Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın 8 Noyabr - Zəfər Günü münasibətilə təbrik paylaşımı edib.

O, bu barədə "X" sosial media hesabında paylaşım edib.

R.T. Ərdoğan Qarabağın 30 illik işğaldan azad edilməsinin 6-cı ildönümünü və Azərbaycanın Zəfər Gününü ən səmimi duyğularla təbrik etdiyini bildirib.

Türkiyə Prezidenti Vətən uğrunda canından keçən bütün şəhidlərin xatirəsini ehtiramla yad edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31